Ancelina Coli döyüldüyünü iddia etdi - Fotolar

Ancelina Coli, aktrisa

Ancelina Coli, aktrisa

19 avqust 2022
# 18:00

"Page six" aktrisa Ancelina Colinin 2016-cı ildə şəxsi təyyarədə Bred Pittlə mübahisəsi nəticəsində aldığı zədələrin görüntülərini yayımlayıb.

Kulis.az xəbər verir ki, şəkillərdə Ancelinanın qolunda və dirsəyində ləkələrin olduğu əks edilib. Coli Pitti uçuş zamanı onu və uşaqları təhqir etməkdə günahlandırıb, həmçinin onlara qarşı fiziki zorakılıq tətbiq etdiyini deyib. Coli bildirib ki, oğlu Pittin qarşısını almağa çalışanda atası onu da döyüb.

Coli onu dayandırmağa çalışıb. Aktrisanın dediyinə görə, eyni vaxtda sərxoş olan Pitt onu "başından, sonra çiyinlərindən tutub" silkələyib və divara itələyib. Aktrisa kürəyində və dirsəyində qançırlar, qolunda sıyrıqlar aldığını bildirib. Buna görə aktrisa Pitti məhkəməyə verib və araşdırılmasını tələb edib.

Qeyd edək ki, Ancelina Coli və Bred Pitt 2005-ci ildə görüşməyə başlayıblar və 2014-cü ildə evləniblər. Toydan iki il sonra Ancelina Coli təyyarədə baş verən insidentdən sonra boşanmaq üçün məhkəməyə müraciət edib.

# 4918 dəfə oxunub

Oxşar xəbərlər

Donan vicdan - Yeni hekayə

Donan vicdan - Yeni hekayə

13:45 15 avqust 2026
“Kapellhaus Garden Hall”ın təqdimatında klassik musiqi axşamı

“Kapellhaus Garden Hall”ın təqdimatında klassik musiqi axşamı

11:00 15 avqust 2026
"Elə yaşamalısan ki, hətta əclafların da yadında qalasan..." - Məşhur aktrisadan aforizmlər

"Elə yaşamalısan ki, hətta əclafların da yadında qalasan..." - Məşhur aktrisadan aforizmlər

10:30 15 avqust 2026
Əkbər Qoşalının “Yol səni səslər”  şeirlər kitabı rus dilində nəşr olundu

Əkbər Qoşalının “Yol səni səslər” şeirlər kitabı rus dilində nəşr olundu

10:15 15 avqust 2026
Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya -  Prezident Kitabxanasında

Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya - Prezident Kitabxanasında

17:30 14 avqust 2026
Bakıda Çinin "İrs Keşikçisi"  sənədli filminin Azərbaycan dilində nümayişi oldu

Bakıda Çinin "İrs Keşikçisi" sənədli filminin Azərbaycan dilində nümayişi oldu

16:00 14 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər