Anar: "Sədrin dediklərini kontekstdən çıxarıblar" - Açıqlama

Anar:  "Sədrin dediklərini kontekstdən çıxarıblar" - Açıqlama
19 mart 2025
# 14:10

Xalq yazıçısı Anar DİM sədri Məleykə Abbaszadənin imtahanda iştirakla bağlı yazıçılara çağırışına necə münasibət bildirib?

Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin çağırışı yaxşı təşəbbüsdür və bu təşəbbüsdə yazıçılara qarşı təhqirdən söhbət gedə bilməz.

Bunu APA-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar deyib.

“Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın onlayn platformasının təqdimat mərasiminə mən dəvət olunmuşdum. Danimarkadan gələn şairləri qəbul etməli olduğuma görə, iştirak edə bilmədim. Həmin gün mənə təhrif olunmuş məlumatlar çatdırdılar. Məleykə Abbaszadənin dediklərini kontekstdən çıxarıblar. Rəşad Məcidin bu məsələ ilə bağlı yazdığını və ümumi çıxış haqqında məlumatı oxuyandan sonra hər şey aydın oldu. Bu onlayn imtahanın sınaq versiyası hazırlanıb və Məleykə xanım həmin sınaq versiyanın hansı vəziyyətdə olduğunu yoxlamaq üçün belə bir çağırış edib. Bu çağırışda yazıçıların mənafeyinə toxunan nəsə yoxdur. Yazıçılar DİM-in Azərbaycan dili imtahanında məmnuniyyətlə iştirak edə bilərlər”, - Xalq yazıçısı vurğulayıb.

Məleykə Abbaszadə imtahanla bağlı yazıçılara nə üçün müraciət edib?

Məleykə Abbaszadə “Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın onlayn platformasının təqdimat mərasimində çıxışında ziyalılara çağırış edib: "DİM olaraq Azərbaycan Yazıçılar Birliyinin üzvlərinə, müəllimlərə, elm adamlarına müraciət etmək istəyirik ki, bu imtahandan keçsinlər".

"Azərbaycan dili üzrə bu imtahanlardan keçən şəxslərin dili hansı səviyyədə (A1, A2, B1 və s.) bildikləri məlum olacaq. Əlimizdə ilkin data olması üçün bizim ilkin olaraq 2000 nəfərin nəticəsinə ehtiyacımız var", - o, əlavə edib.

“Azərbaycan dili üzrə sertifikasiya imtahanı” nə ilə bağlıdır?

Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə “Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın onlayn platformasının təqdimat mərasimində çıxış edərkən qeyd edib ki, “Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın demo versiyada istifadəyə verilir və ilkin nəticə üçün müxtəlif yaş kateqoriyalarından 2000 nəfərin nəticəsi lazımdır. Artıq imtahanın sınaq versiyasının onlayn platformasının hazır olduğunu qeyd edən sədr imtahan modelinin dünyanın müxtəlif yerlərində dilin tədrisi üçün kurikulumların və dil üzrə bilik və bacarıqların ölçülməsi ilə bağlı alətlərin hazırlanmasında istifadə olunan dillər üzrə ümum-Avropa çərçivə sənədi və Azərbaycan dilinin xüsusiyyətləri nəzərə alınaraq ərsəyə gətirildiyini qeyd edib. Məleykə Abbaszadə vurğulayıb ki, imtahan kompüter əsaslıdır: "Platforma bu gündən etibarən Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsində sınaq müddətinə istifadəyə verilir. Sınaq prosesinin məqsədi imtahanının effektivliyini yoxlamaq və daha da təkmilləşdirməkdir".

Qeyd edək ki, bu sertifikasiya imtahanı ölkəmizdə ilk dəfə tətbiq olunur. İmtahan müddəti 3 saatdır. İmtahanda təhsil səviyyəsi, iş yeri, tutduğu vəzifədən asılı olmayaraq, hər kəs iştirak edə bilər, iştirak ödənişsizdir və sertifikatın etibarlılıq müddəti 2 ildir.

# 2281 dəfə oxunub

Oxşar xəbərlər

Deniz Göktaş həbs olundu

Deniz Göktaş həbs olundu

17:37 3 iyul 2026
“Borçalı aşıq mühitini tanıyaq və tanıdaq” - Yeni layihə

“Borçalı aşıq mühitini tanıyaq və tanıdaq” - Yeni layihə

16:10 3 iyul 2026
Angela Merkelin "gizli" portreti - 28 yaşlı rəssam sabiq kanslerin sirrini açdı

Angela Merkelin "gizli" portreti - 28 yaşlı rəssam sabiq kanslerin sirrini açdı

15:50 3 iyul 2026
"İntizar dağ boyda, ümid bir tikə..." - Hədiyyə Şəfaqət

"İntizar dağ boyda, ümid bir tikə..." - Hədiyyə Şəfaqət

15:20 3 iyul 2026
"Aşıq Ələsgərin anım tədbirləri”  layihəsi çərçivəsində növbəti tədbir keçirildi

"Aşıq Ələsgərin anım tədbirləri” layihəsi çərçivəsində növbəti tədbir keçirildi

12:40 3 iyul 2026
Repressiya qurbanı,  yoxsa repressiya iştirakçısı? – Ayna Sultanovanın müəmmalı taleyi

Repressiya qurbanı, yoxsa repressiya iştirakçısı? – Ayna Sultanovanın müəmmalı taleyi

12:00 3 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər