Anar Kərimov UNESCO-ya çağırış etdi

Anar Kərimov UNESCO-ya çağırış etdi
30 sentyabr 2022
# 17:40

Sentyabrın 29-da Mexiko şəhərində davam edən "Mondiacult 2022" konfransı çərçivəsində mədəniyyət naziri Anar Kərimov "İrs və mədəni müxtəliflik böhran dövründə" mövzusuna həsr olunmuş sessiyada çıxış etmişdir.

Mədəniyyət Nazirliyindən APA-ya verilən xəbərə görə, nazir çıxışında tədbir iştirakçılarının diqqətini Azərbaycanın 30 ilə yaxın dövr ərzində erməni işğalı altında olmuş ərazilərində Ermənistan tərəfindən törədilmiş etnik-mədəni soyqırıma yönəldib.

O, işğal dövründə Azərbaycanın mədəni irsinə qarşı misli görünməmiş sistemli və məqsədyönlü əməllər nəticəsində çox sayda məscidlərin, tarixi abidələrin, müxtəlif mədəniyyət müəssisələrinin tamamilə dağıdıldığını qeyd edib. Həmçinin, ölkəmizin tarixi-mədəni irsinə qarşı bu soyqırımı əməllərinin beynəlxalq təşkilatlar tərəfindən sükutla qarşılandığı təəssüflə qeyd edib.

Azərbaycanın öz torpaqlarını işğaldan azad etdikdən sonra genişmiqyaslı bərpa işlərinə başladığına diqqət çəkilib, bu kontekstdə mədəni irsin bərpasının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Nazir bu baxımdan Azərbaycan ərazisində yerləşən mədəni irsin ölkəmizin mədəni müxtəlifliyini əks etdirdiyini bildirib və işğaldan azad edilmiş ərazilərdə bərpa prosesi çərçivəsində mənşəyindən asılı olmayaraq bütün mədəni və dini abidələrin qorunması və bərpasının vacibliyini ifadə edib.

A.Kərimov həmçinin, tezliklə işğaldan azad edilmiş ərazilərimizə texniki missiya göndərməklə bağlı UNESCO-ya çağırış ünvanlayıb.

Çıxışda qeyd olunanlarla yanaşı, ölkəmizin yeni təşəbbüsü olan "Mədəniyyət naminə sülh" qlobal çağırışına dair məlumat verilib, bu təşəbbüsün 2008-ci ildən Azərbaycan tərəfindən irəli sürülüb, mədəniyyətlərarası dialoqu təşviq edən Bakı prosesinin əlavə ölçüsü olduğu bildirilib. Sözügedən qlobal çağırışın dayanıqlı sülhün mədəniyyətə töhfəsinə vurğu etməklə, dünyanın müxtəlif bölgələrində mövcud post-münaqişə vəziyyətlərində sülhün təşviqi modeli kimi tətbiq edilə biləcəyinə istinad edilib.

Sessiya zamanı nazir A.Kərimov həmçinin, ölkəmizin Qoşulmama Hərəkatının (QH) sədri qismində QH ölkələri adından bəyanat da səsləndirib. Bəyanatda QH ölkələri irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və dözümsüzlüyün bütün formalarını pisləyir, mədəni mülkiyyətin qorunması üçün milli, regional və beynəlxalq təşəbbüslərin əhəmiyyətini qeyd edir.

# 2570 dəfə oxunub

Oxşar xəbərlər

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

19:40 13 noyabr 2026
Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər