Alo, mən səni görürəm - Əlisəmid Kür

Alo, mən səni görürəm - Əlisəmid Kür
28 oktyabr 2023
# 11:00

Kulis.az Əlisəmid Kürün "Alo, mən səni görürəm" şeirini təqdim edir.

Yuxarı mərtəbədən gələn mahnı
Ürəyimi göynədən vaxtda
əllərim qoynumda
uzanmışam çarpayıda.

Tavandan, divarlardan
Kədərli üzlər,
Dilxor maskalar asılır
Səni düşündükcə, qızım!

Hər oxunan nəğmə
Bir doğma anı yada salar,
Hər tanış səs bir doğma üzü
Canlandırar gözlərimizdə…

Telefon zəngi.
- Alo, Bakıyla danışın.
- Al-lo! Qızım, sənsənmi?!
- …
- Al-lo!

…2 min 400 kilometrlik həsrətin içindən
Qatar keçdi deyəsən.
Bir zahı bulud
Silkələdi telefon xətlərini.
Yüz saniyəlik sükutun arasına
Sığdı bir insan ömrü.
- Alo! Alo!!
- A-ta! A-ta!

…Üzün yadımdan çıxır,
İlğım axır dalğa-dalğa
Yaddaşımın dörd olmuş gözündən.
Yuxu da yalanmış, fotoşəkil də yalan…

- Alo! Alo!
- Ata, məni eşidirsən?
- Al-lo, mən səni görürəm, qızım…

# 2301 dəfə oxunub

Oxşar xəbərlər

500 il əvvəlki “qiyamət xəbərləri”  hərraca çıxarılır

500 il əvvəlki “qiyamət xəbərləri” hərraca çıxarılır

10:17 18 noyabr 2026
"Müştərilərdən biri cinsiyyət dəyişdirmə əməliyyatı keçirmişdi və xarizma əldə etmək istəyirdi..." - Bərbərlə müsahibə

"Müştərilərdən biri cinsiyyət dəyişdirmə əməliyyatı keçirmişdi və xarizma əldə etmək istəyirdi..." - Bərbərlə müsahibə

10:00 18 noyabr 2026
APA TV-də yeni veriliş - “PARADOKS”

APA TV-də yeni veriliş - “PARADOKS”

22:49 17 noyabr 2026
Rusiyalı model vəfat etdi

Rusiyalı model vəfat etdi

18:43 17 noyabr 2026
Göbəklitəpənin tarixi mirasını miqrant uşaqların taleyi ilə birləşdirən film təqdim olundu

Göbəklitəpənin tarixi mirasını miqrant uşaqların taleyi ilə birləşdirən film təqdim olundu

18:02 17 noyabr 2026
Tural Turan beynəlxalq mükafata layiq görüldü

Tural Turan beynəlxalq mükafata layiq görüldü

17:32 17 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər