Almas Yıldırım haqqında kitabın təqdimatı keçirildi

Almas Yıldırım haqqında kitabın təqdimatı keçirildi
16 sentyabr 2022
# 16:20

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Azərbaycanın tanınmış şairi Almas Yıldırımın anadan olmasının 115, vəfatının 70-ci ildönümü münasibətilə təşkil olunmuş “Yıldırım ömrü” adlı ədəbi-bədii tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbir Xəzər Rayon İcra hakimiyyəti, Milli Məclisin Mədəniyyət komitəsi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə “İçərişəhər” DTMQİ İdarə Heyətinin sədri Şahin Seyidzadə, Xəzər Rayon İcra hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yubiley tədbirində Azərbaycanın qurtuluşu uğrunda mübarizə aparan və şüurlu həyatının böyük hissəsini Qaladan, Bakıdan və Azərbaycandan uzaqlarda keçirən şair Almas Yıldırımın həyat yolundan, yaradıcılığından danışılıb. Mübariz şairin anadan olmasının 115 illiyi münasibətilə hazırlanmış “Bir Vətəndən bir Vətənə Almas Yıldırım” kitabının yazılması və kitabın ilk təqdimatının Türkiyədə keçirilməsinin təsadüfi olmadığı vurğulanıb.

Q.Paşayeva Almas Yıldırımın Azərbaycanı Türkiyədən, Qalanı Elazığdan ayırmadığını, bütün həyat və yaradıcılığına da qardaşlıq ruhunun hakim kəsildiyini söyləyib. Qeyd olunub ki, şərəfli ömrünü ölkəmizin istiqlaliyyətinə həsr etmiş, doğulduğu elindən-obasından didərgin salınmış şairin ruhunu şad edən ən əsas amil Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsi olub. 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərin haqq dünyasında olan istiqlal aşiqlərinin ruhunu şad etdiyi vurğulanıb.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qalada şairin ev-muzeyinin yaradılmasını təklif edib.

Milli Məclisin deputatları Soltan Məmmədov, Rauf Əliyev, Tamam Cəfərova, Elnur Allahverdiyev, Türkiyədəki “Əhməd Yəsəvi Dərnəyi” İctimai Birliyinin başqanı Fatma Sönməz, “Türk yurdu” dərgisinin baş redaktoru, yazıçı-tərcüməçi İmdat Avşar, AYB-nin katibi İlqar Fəhmi, QKTC-nin Bakıdakı nümayəndəliyinin Təhsil, Mədəniyyət attaşesi Tevfik Ulual, sözügedən kitabın həmmüəllifi dosent Faiq Ələkbərli, Almas Yıldırımın qohumu Hacıağa Almaszadə və digəriləri Yılmas İldırımın keçdiyi çətin amma şərəfli ömür yolundan, mühacirlik həyatından, milli ruhun qorunması, zənginləşdirilməsi yönündəki xidmətlərindən danışıblar.

Əməkdar artist Azad Şükürov Almas Yıldırımın şeirlərini səsləndirib. Dövlət Akademik Opera və Balet Teatrının solisti, tanınmış xanəndə Mütəllim Dəmirov, “Muğam” müsabiqəsinin qalibi Məmməd Nəcəfov mahnılar ifa ediblər.

# 2156 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbiyyatşünas Dmitro Drozdovski: "Səlim Babullaoğlu mədəniyyət diplomatıdır"

Ədəbiyyatşünas Dmitro Drozdovski: "Səlim Babullaoğlu mədəniyyət diplomatıdır"

20:00 19 oktyabr 2026
Türkiyəli müğənni 10 il müddətinə həbs oluna bilər

Türkiyəli müğənni 10 il müddətinə həbs oluna bilər

18:00 19 oktyabr 2026
Söz adlı dünyanın işığında... - Məcid Rəşadətoğlu

Söz adlı dünyanın işığında... - Məcid Rəşadətoğlu

16:30 19 oktyabr 2026
Tanınmış şoumenin Türkiyədəki konsertinin ləğvi tələb olunur - Səbəb

Tanınmış şoumenin Türkiyədəki konsertinin ləğvi tələb olunur - Səbəb

16:00 19 oktyabr 2026
"Frieze" tənqid hədəfində:  müasir incəsənət, yoxsa varlı kolleksiyaçılar üçün bazar?

"Frieze" tənqid hədəfində: müasir incəsənət, yoxsa varlı kolleksiyaçılar üçün bazar?

15:40 19 oktyabr 2026
35 illik roman  yenidən diqqət mərkəzində

35 illik roman yenidən diqqət mərkəzində

14:20 19 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər