Aisa Aslanova: "Xaricdəki təhsil müəssisələrində dələduzluq çoxalır" - Müsahibə

Aisa Aslanova: "Xaricdəki təhsil müəssisələrində dələduzluq çoxalır" - Müsahibə
30 yanvar 2023
# 21:15

Kulis.az Xaricdə Təhsil Eksperti, Pilgrim EDU Təhsil Mərkəzinin təsisçisi Aisa Aslanovayla müsahibəni təqdim edir.

–Bildiyimiz kimi gənclərdə xaricdə təhsilə qarşı maraq artdıqca Xaricdə Təhsil üzrə Mərkəzlərin sayı da çoxalır. Buna görə də dələduzluq halları müxtəlif formalar almağa başlayır. Bəs bu hallar hansı formada baş verir?

- İlk olaraq onu deyək ki, bu bir neçə səbəbdən baş verir.

- Çünki bəzi mərkəzlər rəsmi deyil və ona görə də onların müqavilələri də rəsmi olmur. Tələbə bu kimi şirkətlərlə müqavilə bağladığı zaman öz işini təhlükəyə atmış olur.


Bəzən də xaricdə təhsil aldıqları üçün ətrafdakı dost-tanışlara “xaricdə təhsil üzrə” xidmət təklif edirlər. Bu kimi şəxslərlə iş hər-hansı müqaviləsiz olduğu üçün təhlükəlidir. Bəzi mərkəzlər tələbələri rəsmi olmayan müəssisələrə göndərirlər, bu halda isə diplom tanınmır

Bəzi mərkəzlər heç bir dil biliyi və əlavə göstərici olmadan ABŞ kimi ölkələrə tələbələri göndərirlər. Bu hallarda tələbəyə saxta sənəd verilir

Bəzi mərkəzlər tələbələrin sənədlərini fotoşopla redaktə edirlər. Bu tamamilə yolverilməz haldır, çünki siz qəbul olduqdan sonra rəsmi sənədi onsuz xaricə gətirməli olacaqsınız

- Bəs bu kimi hallarla rastlaşmamaq üçün nələrə diqqət etmək lazımdır?

- Bir neçə amilə diqqət etmək lazımdır:

Konsultasiyada iştirak etmək lazımdır. Həmin konsultasiyada verilən suallara fikir vermək. Konsultant mütləq tələbənin göstəricilərini bilməlidir, ixtisasla bağlı biliyə sahib olmalıdır

Şirkətin real nəticələri paylaşılmalıdır, səhifələrini incələmək lazımdır

Şirkətin sizə qarşı münasibətini analiz etmək. Sizin üçün ən yaxşı təklifləri edirlər, yoxsa yalnız əməkdaşlıq etdikləri müəssisələri yönəldirlər

- Hansı məqamlar şirkətdən asılı deyil? Şirkət hansı vədləri verməli deyil?

- Təqaüd. Heç bir şirkət təqaüdə 100% qarantiya verə bilməz

Müsahibə və ya test. Şirkət bu mərhələyə hazırlaya bilər, lakin nəticəsinə cavabdeh deyildir

Viza. Heç bir şirkət viza almağınıza 100%-lik qarantiya verə bilməz

Tələbənin göstəriciləri mütləq şəkildə nəzərə alınmalıdır və uyğun olmadığı təqdirdə vədlər verilməməlidir

# 6245 dəfə oxunub

Oxşar xəbərlər

Elmlə dini necə barışdırmaq olar? – Qaydalara meydan oxuyan dahi

Elmlə dini necə barışdırmaq olar? – Qaydalara meydan oxuyan dahi

14:00 28 iyul 2026
Seyran Səxavət:  " Bir üzdəniraq həmin institutu Midhət müəllimə görə bağlatdırdı" - Söhbət

Seyran Səxavət: " Bir üzdəniraq həmin institutu Midhət müəllimə görə bağlatdırdı" - Söhbət

13:30 28 iyul 2026
Narkotik əməliyyatında 11 məşhurun testi müsbət çıxdı

Narkotik əməliyyatında 11 məşhurun testi müsbət çıxdı

11:00 28 iyul 2026
Tom Kruzun qızı atasından imtina etdi

Tom Kruzun qızı atasından imtina etdi

10:30 28 iyul 2026
"Biz Ermənistan adlı hökuməti tanımırıq" - Andronikin planını pozan, amerikalı polkovnikə meydan oxuyan azərbaycanlı yazıçı

"Biz Ermənistan adlı hökuməti tanımırıq" - Andronikin planını pozan, amerikalı polkovnikə meydan oxuyan azərbaycanlı yazıçı

10:00 28 iyul 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

17:45 27 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər