Ağadadaş Ağayev məhkəməyə gəldi - Foto

Ağadadaş Ağayev məhkəməyə gəldi - Foto
14 noyabr 2024
# 15:34

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə təxirə salınmış hazırlıq iclası bu gün davam edir.

Kulis.az xəbər verir ki, müğənni bu dəqiqələrdə vəkili Asim Abbasovla birgə Binəqədi Rayon Məhkəməsinə gəlib.

Bu dəfə işə mahiyyəti üzrə baxılmır. İclasda Ağadadaş Ağayevin sərbəst, yaxud həbsdə mühakimə edilməsi ilə bağlı məsələ müzakirə ediələcək, tərəflərin vəsatətləri dinləniləcək.

Hakim Vüsal Tağıyevin araşdıracağı işdə Ağadadaş Ağayevin balta atdığı “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov və baltanın nəzərdə tutulan hədəfdən yayınaraq dəydiyi təmizlikçi Nəzakət Paşayeva zərərçəkmiş qismində tanınıb.

Ağadadaş Ağayevlə birgə onunla dava edən mühafizəçi Nurəddin Cəlilova da Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Amma Cəlilovun işi ayrıca icraata götürülüb. Hələ ki, ibtidai istintaq gedir.

Onların ittiham edildiyi maddənin sanksiyasında 2 ildən 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Qafqazinfo

# 1702 dəfə oxunub

Oxşar xəbərlər

Övladı ölən gün tiktokda canlı yayım açan ata... - Gülcənnət bizi bağışlayacaqmı?

Övladı ölən gün tiktokda canlı yayım açan ata... - Gülcənnət bizi bağışlayacaqmı?

12:30 5 aprel 2026
Komitə sədri Baş redaktora təbrik məktubu yazdı

Komitə sədri Baş redaktora təbrik məktubu yazdı

18:07 4 aprel 2026
Bakıda 317 minlik dələduzluq: Xalq artistinin kürəkəni tutuldu

Bakıda 317 minlik dələduzluq: Xalq artistinin kürəkəni tutuldu

14:03 4 aprel 2026
Yalçın Adıgözəlov Opera və Balet Teatrında işdən çıxdı

Yalçın Adıgözəlov Opera və Balet Teatrında işdən çıxdı

14:00 4 aprel 2026
Mətbuat Şurası "Kulis"i təbrik etdi

Mətbuat Şurası "Kulis"i təbrik etdi

12:36 4 aprel 2026
Sürrealizmin rəmzi - Andre Jid niyə onun yaradıcılığını oxuyanda utanmışdı?

Sürrealizmin rəmzi - Andre Jid niyə onun yaradıcılığını oxuyanda utanmışdı?

12:19 4 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər