“Xüsusi təyinatlı” romanının təqdimatı keçirildi

“Xüsusi təyinatlı”  romanının təqdimatı keçirildi
21 iyun 2024
# 11:00

İyunun 20-də Bakı Kitab Mərkəzində Rusiyada yaşayan həmvətənlimiz, yazıçı Adil Quliyevin “Xüsusi təyinatlı” romanının təqdimatı və imza mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, roman ötən əsrin 90-cı illərində torpaqlarımızın işğalından tutmuş 2023-cü il sentyabrın 19-da keçirilən antiterror tədbirlərinə qədər gərgin hadisələrlə dolu geniş tarixi dövrü əks etdirir.

Kitab ilk dəfə rus dilində Rusiyanın Sankt-Peterburq şəhərində “Kapaбax: долгожданное возврашение” аdı ilə çap olunub. Əsərin tərcüməçisi Dürdanə İbrahimova-Hüseynbəyli, redaktoru Şərif Ağayardır.

Kitabın təqdimat mərasimində tanınmış yazıçılar İlham Əziz, Şərif Ağayar, Elçin Hüseynbəyli, Səfər Alışarlı və başqaları çıxış edərək əsərin məziyyətlərindən danışıblar.

Qeyd edilib ki, əsərdəki hadisələr yaşlı babasından başqa bütün yaxınlarını Xocalıda itirən Aslan Bunyadovun həyatı fonunda əks olunur. Aslanın uşaqlığı, təhsili, xüsusi təyinatlı zabit kimi 44 günlük Zəfər müharibəsində iştirakı, eyni zamanda, onun sevgi həyatı əsərin əsas mövzusunu təşkil edir. Roman qələbə ilə nəticələnən Vətən müharibəsi haqqında yazılmış irihəcmli əsərdir.

“Qanun” Nəşrlər Evində işıq üzü görən roman müəllifin imzası ilə qonaqlara hədiyyə olunub.

# 3976 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər