"Adamı həmişə saymadığı it tutur" - Pərvanə Bayramqızı

"Adamı həmişə saymadığı it tutur" - Pərvanə Bayramqızı
24 mart 2025
# 11:23

Kulis.az Pərvanə Bayramqızının "Arxalı köpəyin qurdu basması boyu" adlı yeni yazısını təqdim edir.

Ortaya biri çıxır; yazır — fikir vermirlər, paylaşır — ciddi saymırlar, bir gün bir tanınmış qələm adamı ilə şəklini görürlər — təsadüfi məqamdan çəkildiyini düşünürlər, jurnalda, qəzetdə dərc edilməyə başlayır — ötəri şeylər sayırlar, bunların, əslində, planlı, dəstəkli formada ardıcıllıqla davam etdiyini yalnız həmin şəxsin ədəbi mühitdə qızğın təbliğatı getdikdə anlayırlar. Bir də baxırsan qucağı mükafatla doldu, layiq görüldüyü təqaüdlə öyünür, televiziya proqramları qonaq çağırır. Bundan sonra yeni yazanda ona laqeyd qalanların münasibəti dəyişir. Əvvəllər yazdıqlarını bəyənməyənlər indi onu istedadlı sayırlar. Cızma-qaralarını dərc etməyənlər artıq kitabının çapına kömək edir, hətta mətbu orqanlarda iş verirlər. Olur tanınmış, istedadlı, mükafatlı, təqaüdlü, dəstəkli, arxalı ... məşhur atalar sözünün ilk kəlməsini xatırladım... bir də "istedadlı yazıçının" əvvəlki — heç kəsin əhəmiyyət vermədiyi vaxtlarını. Yadıma yenə atalar sözü düşdü:


"Adamı həmişə saymadığı it tutur".


"Arxalı köpəyin qurdu basması" boyu yaranır. Yel qayadan çox şey aparır... "Qayada bitən çiçəyi — Azərbaycanı" (M.Arazın təbirincə) soldurur, ədalətsizlər ölkəsinə çevirir.


Başına beş-on oxucu toplayıb özünü şöhrətin zirvəsində sananların birdən-birə tanınmasında bir çox səlahiyyətli qələm adamlarının rolu olur. Hərə özünə xoş olanı irəli çəkir. Kim onları tərifləsə, yaltaqlansa ona dayaq olur, şair, yazıçı adına millətə onları təqdim edirlər. Beləcə münasibətdən doğan ədəbiyyat yaranır.


Bu son deyil, sonumuza çıxandır. Dəhşətlisi budur ki, həmin ədəbiyyat tənqidçilərin, ədəbiyyatşünasların resenziyaları, tərifləri sayəsində dərsliklərə düşür, Azərbaycan ədəbiyyatı sayılır, elmi tədqiqatlara cəlb edilir.

Sahibini sayma görüm, necə saymırsan? O özü adamı it yerinə qoymur. Bəs necə, filan jurnalist, filan redaktor, filan alim onunla dostdur, yazdıqlarını çap edir, çap etdirir, efirə çağırtdırır.


Nə isə, başınızı ağrıtdım. Gedim bu cür hallara yol açan səlahiyyətlilərin ədalət, həqiqi ədəbiyyat mövzusunda söhbətini dinləməyə...

# 1221 dəfə oxunub

Oxşar xəbərlər

Bu həftə sonundan sonrakı gələcəyimi bilmək istəmirəm... - Günün mahnısı

Bu həftə sonundan sonrakı gələcəyimi bilmək istəmirəm... - Günün mahnısı

10:32 21 noyabr 2025
Heydər Əliyevin heyran olduğu rəssam - Onun Şuşaya həsr etdiyi əsərlər niyə səs-küy yaratdı?

Heydər Əliyevin heyran olduğu rəssam - Onun Şuşaya həsr etdiyi əsərlər niyə səs-küy yaratdı?

10:26 21 noyabr 2025
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:05 21 noyabr 2025
Tatar şairinin “İsti ürək, buzlu yol...”  kitabı Bakıda işıq üzü gördü

Tatar şairinin “İsti ürək, buzlu yol...” kitabı Bakıda işıq üzü gördü

18:12 20 noyabr 2025
Gültəkin Əsgərovanın xatirəsi anıldı

Gültəkin Əsgərovanın xatirəsi anıldı

17:36 20 noyabr 2025
“Bir qalanın sirri”nin Elşəni niyə öz taleyinin qurbanına çevrildi? - Kinomuzun itirilmiş ulduzu

“Bir qalanın sirri”nin Elşəni niyə öz taleyinin qurbanına çevrildi? - Kinomuzun itirilmiş ulduzu

17:00 20 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər