“Açıq dərs - Açıq fikir” layihəsi çərçivəsində bilik yarışması keçirildi

“Açıq dərs - Açıq fikir”  layihəsi çərçivəsində bilik yarışması keçirildi
14 iyun 2024
# 14:00

“Açıq dərs - Açıq fikir” layihəsi çərçivəsində M.Ə.Rəsulzadənin 140 illik yubileyinə həsr olunmuş bilik yarışması keçirilib


Kulis.az xəbər verir ki, məktəbin foyesindən başlayan tədbirdə yuxarı sinif şagirdləri tərəfindən M.K.Atatürk, N.Nərimanov, F.Köçərli, M.Ə.Rəsulzadə, A.Hitler, S.Umgülsüm obrazlarının təqdimatında kompozisiya təqdim edilib, həmçinin hər bir obraz haqqında müvafiq məlumatları əks etdirən kitab sərgisi nümayiş olunub.

Ümummilli lider Heydər Əliyev, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra məktəbin direktoru Könül Təhməzova tədbiri açıq elan edib.
Bilik yarışmasında AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnoligiya İnstitutunun Azərbaycan Xalq Cümhuriyyəti tarixi şöbəsinin əməkdaşları tarix üzrə fəlsəfə doktoru, dos. Natiq Məmmədzadə, tarix üzrə fəlsəfə doktoru, dos. Mübariz Ağalarlı, elmi işçi Lamiə Sultanova və Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova münsif qismində iştirak ediblər. Münsiflər heyətinin hər bir üzvü öz çıxışlarında məktəblilərə, iştirakçılara daha ətraflı məlumat verdikdən sonra belə tədbirlərin keçirliməsinin vacibliyini vurğulayıblar. Gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasının əhəmiyyətindən danışıblar.
8-ci sinif şagirdləri arasında keçirilən bilik yarışmasında iştirakçıların cavabları münsiflər tərəfindən qiymətləndirilməklə I yer üzrə qalib müəyyənləşdirilib. 1-ci yerə sualları tam, dolğun şəkildə cavablandırdığı üçün məktəbin şagirdi Əli Hüseynzadə layiq görülüb. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova öz çıxışında M.Rahim adına 7 saylı məktəbin direktoru, müəllim heyəti və şagirdlərinə xüsusi minnətdarlığını bildirərək, kitabxana adından məktəblini diplom və hədiyyə ilə təltif edib.

Sonda "İncəbellim" ("Dədə Qorqud" filmindən Beyrəyin mahnısı) və “Çırpınırdı Qara dəniz” mahnıları məktəb şagirdlərinin təqdimatında ifa olunub.
Tədbir xatirə şəkillərinin çəkilməsi ilə sona çatıb.

# 2672 dəfə oxunub

Oxşar xəbərlər

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

19:40 13 noyabr 2026
Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər