Ac tələbə 120 dollarlıq sənət əsərini yedi

Ac tələbə 120 dollarlıq sənət əsərini yedi
1 may 2023
# 18:30

İtalyan rəssam Mauritsio Kattelanın divara yapışdırılmış banandan ibarət konseptual sənət əsəri əvvəllər də dəfələrlə mübahisələrə səbəb olub.

Kulis.az xarici mediaya əsasən xəbər verir ki, bu dəfə sənət əsəri Cənubi Koreyanın paytaxtı Seulda ac universitet tələbəsinin onun bir hissəsini yeməsi ilə gündəmə gəlib.

Belə ki, Seul Milli Universitetinin incəsənət tələbəsi, Cənubi Koreyanın Seul şəhərindəki Leeum İncəsənət Muzeyində nümayiş etdirilən ikonik əsərlərindən olan meyvəni divardan qoparıb və sonra yeyib.

Mövzu ilə bağlı açıqlama verən muzeyin sözçüsü tələbənin bananı ac olduğu üçün yediyini bildirib.

Qeyd edək ki, "Komediyaçı" əsəri 2019-cu ilin dekabrında ABŞ-ın Art Basel Mayami çimərliyində 120.000 dollara satılaraq sənət dünyasının ən böyük hadisələrindən birinə çevrilib. Əsərin digər iki nəşri də yarmarkada satılıb.

Cənubi Koreyalı tələbə bananı yedikdən sonra qabığını yenidən divara yapışdırıb. Qabıq daha sonra muzey tərəfindən təzə bananla əvəz olunub.

Muzeyin mövzu ilə bağlı açıqlamasında, “Hadisə qəfil baş verdiyi üçün heç bir xüsusi tədbir görülmədi. Rəssam Kattelan hadisədən xəbərdar olsa da, reaksiya vermədi”, - deyə bildirib.

Xarırladaq ki, Kattelanın əsərindəki bananın yeyilməsi ilk dəfə deyil. 2019-cu ildə "Komediyaçı"nın ilk buraxılışı satıldıqdan sonra, ifaçı David Datuna da Mayamidəki Art Baseldəki Perrotin qalereyasında nümayiş etdirilən bananı qoparıb yemişdi.

# 2409 dəfə oxunub

Oxşar xəbərlər

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər