“Abbas Səhhət – 150” adlı virtual sərgi hazırlandı

“Abbas Səhhət – 150”  adlı virtual sərgi hazırlandı
24 may 2024
# 13:00

Bu gün Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış şair, həkim, görkəmli müəllim və maarifçi Abbas Səhhətin 150 illik yubileyi tamam olur. Bununla əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında ədibin həyat və yaradıcılığından bəhs edən virtual kitab sərgisi hazırlanıb.

Kulis.az xəbər verir ki, virtual sərgidə Abbas Səhhətin gənclik illəri, “Yeni poeziya necə olmalıdır?” adlı məqalə, “Azadlığa mədhiyyə”, “Oyanışın səsi” kimi şeirlərindən ibarət ilk yaradıcılıq nümunələri haqqında məlumat verilir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan sərgidə 1900-cü ildə Tehran Universitetinin tibb fakültəsini bitirən və rus, ərəb, fars və fransız dillərini mükəmməl bilən gənc Abbas “Yeni üslublu məktəblər” ideyasının fəal tərəfdarı, pedaqoq, onlarla dünya ədəbiyyatı incilərini Azərbaycan dilinə tərcümə edən ziyalı kimi təsvir olunur. Materialda Abbas Səhhətin Azərbaycan şairi Mirzə Ələkbər Sabirlə olan dost münasibəti və bunun nəticəsində ədibin təşəbbüskarlığı ilə Sabirin əsərlərinin bir yerə toplanaraq “Hophopnamə” adı altında nəşr edilməsi haqqında da məlumat yer alır.

Virtual kitab sərgisində ədibin müəllifi olduğu və onun haqqında nəşr edilən “Yay səhəri”, “Vətən”, “Türk ədəbiyyatına ilk qədəm”, “Pedaqoji irsimizdən: M.V.Vidadidən H.K.Sanılıyadək”, “Şirvan şairləri”, “Azərbaycan uşaq ədəbiyyatı”, “Şamaxı torpağının yetirdiyi böyük Azərbaycan şairləri”, “XX əsr Azərbaycan ədəbiyyatı” kimi kitabların biblioqrafik təsviri, Abbas Səhhətin müdrik kəlamları, ədəbi nümunələri barədə də məlumat verilir.

# 2988 dəfə oxunub

Oxşar xəbərlər

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

18:40 11 noyabr 2026
Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

18:38 11 noyabr 2026
“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

18:11 11 noyabr 2026
“My Chemical Romance”dan tarixi rekord

“My Chemical Romance”dan tarixi rekord

18:06 11 noyabr 2026
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

17:07 11 noyabr 2026
27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

17:04 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər