“Abay” romanının təqdimatı keçirilib

“Abay” romanının təqdimatı keçirilib
24 aprel 2025
# 15:45

Bakıda Muxtar Auezovun “Abay” romanının latın qrafikalı nəşrinin təqdimatı keçirilib.

Bu barədə kulis.az-a Qazaxıstanın Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Tədbirdə Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel, Azərbaycanda Atatürk Mərkəzinin Rəhbəri Nizami Cəfərov, Milli Məclisin deputatları, TÜRKPA-nın Baş Katibi Mehmet Süreyya Er, Türk Mədəniyyəti və İrsi Fondunun Aparat Rəhbəri Fəxri Hacıyev, həmçinin elmi və təhsil ictimaiyyətinin nümayəndələrdən, ədəbiyyat xadimləri iştirak edib.

Bildirilib ki, Beynəlxalq Türk Akademiyasının təşəbbüsü əsasında çap edilən yeni nəşr dahi qazax mütəfəkkiri və maarifçisi Abay Kunanbayevin 180 illiyinə həsr olunub.

Beynəlxalq Türk Akademiyasının Prezidenti, akademik Şahin Mustafayev vurğulayıb ki, bu nəşr təkcə əsərin ilkin bədii gücünü bərpa etmir, eyni zamanda Qazaxıstan ilə Azərbaycan arasında mədəni əlaqələrin möhkəmləndirilməsinin rəmzinə çevrilir:

“Romanın bu formatda nəşri təkcə ədəbi hadisə deyil. Bu, mədəni yaddaş aktı, ortaq mənəvi irsə hörmətin təzahürü və onun qorunmasına töhfədir. Akademiya türk xalqlarının mədəni və mənəvi irsinin öyrənilməsi və təşviqi sahəsində hərtərəfli fəaliyyətini davam etdirəcək”.

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel ölkələrimiz arasında əməkdaşlığının hazırkı vəziyyətindən danışıb.

Diplomat mədəni-humanitar əməkdaşlığın ikitərəfli münasibətlərin ən vacib istiqamətlərindən biri olduğunu deyib, bu kontekstdə kitabın nəşri daha bir əlamətdar hadisə kimi dəyərləndirib.

Qeyd edək ki, roman ilk dəfə 1954-cü ildə Əyyub Abbasov Rus dilindən Azərbaycan dilinə tərcümə edib.

# 1836 dəfə oxunub

Oxşar xəbərlər

Amerikalı müğənninin ölümü ilə  bağlı detallar ortaya çıxdı

Amerikalı müğənninin ölümü ilə bağlı detallar ortaya çıxdı

18:15 26 avqust 2026
Tanınmış macar yazıçı vəfat etdi

Tanınmış macar yazıçı vəfat etdi

17:00 26 avqust 2026
Məşhur rejissor xəbərdarlıq etdi - Süni intellektlə bağlı

Məşhur rejissor xəbərdarlıq etdi - Süni intellektlə bağlı

16:30 26 avqust 2026
Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

15:30 26 avqust 2026
Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

14:50 26 avqust 2026
Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

13:50 26 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər