Yazıçı Anardan insanlara “Evdə qal” çağırışı

Yazıçı Anardan insanlara “Evdə qal” çağırışı
4 aprel 2020
# 16:32

Kulis.az Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın karantin rejimi ilə bağlı qısa müsahibəsini təqdim edir.

– Anar müəllim, bütün dünyanı iflic etmiş koronavirusla bağlı nə deyərdiniz və hansı hissləri keçirirsiniz?

– Təəssüf hissi keçirirəm ki, dünya belə bir bəla ilə üzləşib. Heç kəs belə bir şeyin olacağını gözləmirdi. Dünya üçün çox ciddi təhlükədir. Ona görə də, belə bir hadisənin baş verməsinə görə çox təssüflənirəm…

– Belə məqamlarda dövlətin və toplumun önündə gedən məşhur şəxsiyyətlərin dəstəyi, məsləhətləri insanlar üçün vacibdir. Həmvətənlərinizə hansı məsləhətləri verə bilərsiniz?

– Məsləhətlər demək olar ki, hər gün səslənir. Hamı təklif edir ki, insanlar evdə qalsınlar, başqaları ilə az ünsiyyətdə olsunlar, kənar yerlərdə olmasınlar, çalışıb bütün işlərini evlərində görsünlər, evdə qalsınlar. Mən də bu çağırışlara qoşularaq, evdə oturmuşam, digərlərinə də bunu məsləhət görürəm.

– Karantin rejimində vaxtınızı necə keçirirsiniz, yeni əsərlər üzərində işləyirsinizmi?

– Evdə yaradıcılıqla məşğulam. Kitablarımı tərtib edib, yeni yazılarım üzərində işləyirəm.

– Öz kitablarınız da daxil olmaqla, oxumaq üçün tövsiyə edəcəyiniz və özünüzün də oxumaq istədiyiniz kitablar hansılardır?

– Özümün oxumaq istədiyim kitablar çoxdur, onları sadalamıram. İnsanlara tövsiyə edirəm ki, çoxlu kitab oxusunlar – o cümlədən də mənim kitablarımı.

pressklub.az

# 3500 dəfə oxunub

Oxşar xəbərlər

Ceki Çan opera rejissoru oldu –  Döyüş filmlərinin ulduzu “Turandot”a quruluş verdi

Ceki Çan opera rejissoru oldu – Döyüş filmlərinin ulduzu “Turandot”a quruluş verdi

18:42 4 noyabr 2026
"John Wick" film seriyasından yeni videooyun - Kianu Rivz ikonik obrazını canlandıracaq

"John Wick" film seriyasından yeni videooyun - Kianu Rivz ikonik obrazını canlandıracaq

18:00 4 noyabr 2026
Bred Pittin yeni layihəsinin musiqi heyəti açıqlandı

Bred Pittin yeni layihəsinin musiqi heyəti açıqlandı

17:30 4 noyabr 2026
"Skubi-Du"nun serialı çəkildi - Təfərrüatlar

"Skubi-Du"nun serialı çəkildi - Təfərrüatlar

16:30 4 noyabr 2026
"Deməyə heç nəyin olmaması böyük rahatlıqdır..." - Fransız filosofun deyimləri

"Deməyə heç nəyin olmaması böyük rahatlıqdır..." - Fransız filosofun deyimləri

16:00 4 noyabr 2026
Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra

Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra

15:30 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər