Xəzər TV-dən tarixi addım: Efir toy müğənnilərindən təmizlənir

Xəzər TV-dən tarixi addım: Efir toy müğənnilərindən təmizlənir
11 mart 2020
# 17:03

Xəzər TV-yə yeni rəhbər təyin olunmuş Murad Dadaşov məşhur müğənnilər Manaf Ağayev, Mətanət Əsədova və Şəbnəm Tovuzluya efir qadağası qoyub.

Əslində, buna qadağa demək də olmaz: çağırmırsan, vəssalam!

Qadağanı ciddi adamlar üçün qoyurlar.

Toy ifaçılarına qadağa qoymaq aparıcı Tolikin verilişinin bağlanmasından sonra Xəzər TV-də atılan növbəti tarixi addımdır. Bəli, məhz tarixi addım!

Çünki, doğrudan da son illər toylardan pul qazanan müğənnilər efiri başına götürmüşdü və səhnəni toyxanaya çevirmişdi.

Ən pisi, onların bəlli bir tamaşaçı kütləsi də formalaşmışdı.

Bütün gün efirdən düşməyən bu insanların leksikonunda cəmi 50-60 söz vardı və bu illər ərzində bu sözləri deyib qurtarmışdılar. Artıq on ilə yaxın idi ki, tamaşaçı çevir tatı-vur tatı dinləyirdi.

Ümid edək ki, Xəzər TV-də başlanan bu təşəbbüs o biri telekanallarda da həyata keçiriləcək və efirimiz ömründə bir ciddi kitab oxumayan, intellekti bərbad, savadsız, iki sözü dalbadal deyə bilməyən, buna baxmayaraq hər şeydən danışan və hamıya ağıl öyrədən toyxana qafalılardan təmizlənəcək.

Murad Dadaşovu dəstəkləyir və ona uğurlar diləyirik!

# 5104 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər