Xoş xəbəri elan olunacaq növbəti rayon hansıdır?

Xoş xəbəri elan olunacaq növbəti rayon hansıdır?
31 oktyabr 2020
# 12:28

Azərbaycan xalqının 28 ildir qulağı səsdədir.

Bütün xoş xəbərlər, toylar, bayramlar bir yana, o xəbər bir yana!

Ard-ardınca düşmən tapdağından azad olunan torpaqlarımızın adları uzun illərdir böyük xoşbəxtliyimizə çəkilmiş pərdəni asta-asta aralayır.

Rayonları azad olunan insanların xoşbəxtliyini başqaları təsəvvür edə bilməz. Onların əksəriyyəti son bir ayı yuxu zənn edir; xoş, oyanmaq istəmədikləri bir yuxu.

Sadəcə, bəzi insanlar, sosial şəbəkədə, tanışları arasında ani rəğbət qazanmaq üçün xalqın 30 ildir gözlədiyi xəbərin dadını azaldır. Mənşəyi bilinməyən saytlardan, Yutub kanallarından elan olunan xəbərlər, yayılan görüntülər çox yaxında gələcək o möhtəşəm xəbəri zədələyir.

Əziz dostlar, gəlin, insanların səbirsizliklə gözlədiyi o anlara hörmətlə yanaşaq, onsuz da cəbhə xəbərləri rəsmi elan olunmadıqca kimsə bu məlumatlara inanmır. Siz "Ordumuz artıq filan rayondadır", "Döyüşlər filan kənddə gedir" yazmaqla, yalnız özümüzə ziyan verirsiniz.

Tutaq ki, dediyiniz kimidir, axı bunu sübut etmək üçün əlinizdə heç bir əsas yoxdur. Yaya biləcəyiniz görüntülər belə sonda fakt kimi qarşılanmır. Axı siz niyə özünüzü bu xəbərləri yaymaqda məcbur sayırsınız? Biz ki, işğaldan azad olunacaq növbəti şəhərin hansı olduğunu sizdən soruşmuruq!

Odur ki, gəlin, hamımız o möhtəşəm xəbərin intizarını birlikdə çəkək, birlikdə gözləyək, birlikdə sevinək! O sevincin payından kəsməyək.

İndi səsimizi içimizdə saxlayaq ki, sonda qışqırında hər kəs bizi eşitsin!

Almaz

# 6347 dəfə oxunub

Oxşar xəbərlər

“My Chemical Romance”dan tarixi rekord

“My Chemical Romance”dan tarixi rekord

18:06 11 noyabr 2026
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

17:07 11 noyabr 2026
27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

17:04 11 noyabr 2026
Rembrandtın "Gecə keşikçisi"  tablosunda  bakteriyalar aşkar edildi

Rembrandtın "Gecə keşikçisi" tablosunda bakteriyalar aşkar edildi

16:26 11 noyabr 2026
Məşhur aktyor dünyasını dəyişdi

Məşhur aktyor dünyasını dəyişdi

15:28 11 noyabr 2026
Nəşriyyat işçilərinin 77 faizi süni intellektə qarşıdır - Kitab dünyasında narahatlıq artır

Nəşriyyat işçilərinin 77 faizi süni intellektə qarşıdır - Kitab dünyasında narahatlıq artır

13:28 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər