Xalq rəssamı haqqında tədbir keçirilib

Xalq rəssamı haqqında tədbir keçirilib
6 mart 2021
# 10:12

Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan xalq dekorativ-tətbiqi sənətinin parlaq nümayəndələrindən olan Xalq rəssamı, professor Kamil Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova, muzeyin Şuşa filialının müdiri Əlisəfa Nuriyev, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani, görkəmli rəssamın qızı Nərminə Əliyeva çıxış edərək, xalçaçılıq sənətinin milli xüsusiyyətlərini, incəliklərini qoruyub-saxlayan, onu daha da zənginləşdirən böyük sənətkarın keçdiyi şərəfli ömür, zəngin yaradıcılıq yolu barədə geniş məlumat verib, onunla bağlı yaddaqalan xatirələrini bölüşüblər. Bildirilib ki, fərqli üslubu ilə mədəniyyətimizə böyük töhfələr verən, xalçada rəngarəng milli naxışlar, rəng çalarları, müxtəlif kompozisiyalar yaradan Kamil Əliyevin yaradıcılığında 50-ci illərdən etibarən süjetli və portret-xalçalar əsas yer tutub. Onun bir-birinin ardınca Azərbaycan və dünya klassiklərinin, şair və mütəfəkkirlərinin, görkəmli dövlət və ictimai xadimlərin portretlərini yaratdığı, bu dövrdə xalça sənətində portret janrının ən yüksək səviyyəyə çatdığı diqqətə çatdırılıb.

Həmçinin 2021-ci ildə dahi sənətkarın 100 illik yubileyi münasibətilə müxtəlif tədbirlərin, o cümlədən beynəlxalq konfransın keçiriləcəyi vurğulanıb.

Qeyd edək ki, ölkəmizdə müəyyən olunmuş karantin qaydalarına uyğun şəkildə keçirilən tədbir muzeyin “Instagram” səhifəsindən canlı olaraq yayımlanıb.

# 3464 dəfə oxunub

Oxşar xəbərlər

"Hər birimizin içində  bir Robinzon Kruzo yaşayır..." - Müasir ingilis filosofdan aforizmlər

"Hər birimizin içində bir Robinzon Kruzo yaşayır..." - Müasir ingilis filosofdan aforizmlər

17:50 19 avqust 2026
“Simurq” kitabxanası ilə bağlı müəyyən çaşqınlıq yaranıb" - Nazirlikdən açıqlama

“Simurq” kitabxanası ilə bağlı müəyyən çaşqınlıq yaranıb" - Nazirlikdən açıqlama

16:50 19 avqust 2026
“DokuBaku 2026”: Beynəlxalq Sənədli Film Festivalında 54 film təqdim olunacaq

“DokuBaku 2026”: Beynəlxalq Sənədli Film Festivalında 54 film təqdim olunacaq

16:00 19 avqust 2026
Milli Kitabxanada Xan Şuşinskinin yubileyinə həsr olunmuş kitab sərgisi

Milli Kitabxanada Xan Şuşinskinin yubileyinə həsr olunmuş kitab sərgisi

15:30 19 avqust 2026
Tanınmış aktrisa vəfat etdi

Tanınmış aktrisa vəfat etdi

14:40 19 avqust 2026
Lorkanın itmiş əsərləri tapıldı

Lorkanın itmiş əsərləri tapıldı

14:20 19 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər