Xalq artistindən maraqlı təşəbbüs

Xalq artistindən maraqlı təşəbbüs
31 mart 2021
# 18:35

Dirijor, Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Ramiz Məlikaslanov Qarabağ Simfonik Orkestrinin yaradılması təşəbbüsünü irəli sürüb.

Kulis.az xəbər verir ki, R.Məlikaslanov çoxdan belə bir arzusu olduğunu düşündüyünü bildirib:

“Orkestri sıfırdan yaratmaq çox çətindir, ancaq mənim belə bir fikrim var. Vaxtilə, 1970-ci illərdə Azərbaycan hökumətinin qərarı ilə Radio və Televiziyanın Simfonik Orkestri yaradıldı və onun ilk rəhbəri və yaradıcısı mən oldum. 1970-ci ildə biz birinci dəfə bir yerə yığışdıq, 1971-ci ildə isə ilk konsertimizi verdik. Bu il bu orkestrin 50 yaşı tamam olur. 80-ci illərdə orkestr Böyük Niyazi ilə birlikdə ölkənin bütün əhəmiyyətli musiqi tədbirlərində bərabər çıxış etmişdir. Yaxşı kollektiv formalaşmışdı, hazırda isə orkestr acınacaqlı şəkildədir. Mən gedəndən sonra orada bir neçə dirijor dəyişildi. Bu baxımdan düşünürəm ki, bu orkestrin bazasında Qarabağ Simfonik Orkestri yaratmaq olar. Bu Orkestri yeniləyərək Qarabağımızı təcəssüm etdirən, müxtəlif festivallarda, tədbirlərdə iştirak edəcək, qədim torpağımızı və musiqi irsimizi layiqincə təmsil edən Qarabağ Simfonik Orkestrinə çevirmək lazımdır”.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov Ramiz Məlikaslanovun Qarabağ Simfonik Orkestri yaratmaq təşəbbüsünü bəyənib və hamını onu dəstəkləməyə çağırıb: “Azərbaycanın ən nəcib nəsillərdən birinin nümayəndəsi olan Ramiz Məlikaslanovun müsahibəsini böyük məmnuniyyətlə oxudum. Türkiyədə və ondan kənarda tanınmış simfonik orkestrin yaradıcısı və rəhbəri, mənim dostum, görkəmli dirijor, ən məhşur musiqiçilərin vətəni olan Qarabağda, Azərbaycan simfonik musiqisinin ən yüksək nailiyyətlərinə layiq orkestrin yaradılması təşəbbüsü göstərib.

Ümidvaram ki, Ramizin təşəbbüsü dəstəklənəcəkdir. Bilirəm ki, mədəniyyətimizin rəhbərləri, həm keçmiş, həm də hazırda olanlar yuxarıdan göstəriş almadan hərəkət etmirlər. Bəlkə də, dəfələrlə olduğu kimi, Ramiz Məlikaslanovun təklifi barədə məlumat “qərarların qəbul edildiyi səviyyə”yə çatacaq və ordan qazandığımız qələbənin təsdiqi kimi Qarabağ Simfonik Orkestrinin yaradılmasına göstəriş veriləcək.

Mədəniyyət xadimlərini, xüsusilə musiqiçiləri, Ramiz Məlikaslanovun təşəbbüsünə qoşulmağa çağırıram!

# 3674 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan kinosunun inkişafına 9 milyon manat ayrılacaq

Azərbaycan kinosunun inkişafına 9 milyon manat ayrılacaq

11:33 12 noyabr 2026
Pirat kitab saytına 19,5 milyon dollar cərimə –  Milyonlarla kitabın taleyi necə olacaq?

Pirat kitab saytına 19,5 milyon dollar cərimə – Milyonlarla kitabın taleyi necə olacaq?

11:12 12 noyabr 2026
"BTS" ilin ən yaxşı mahnıları siyahısına düşdü – Qrupun yeddi aylıq uğuru davam edir

"BTS" ilin ən yaxşı mahnıları siyahısına düşdü – Qrupun yeddi aylıq uğuru davam edir

10:43 12 noyabr 2026
"Soul Food"  filminin aktrisası vəfat etdi

"Soul Food" filminin aktrisası vəfat etdi

10:21 12 noyabr 2026
Azərbaycanda Konstitusiya Günü  qeyd olunur

Azərbaycanda Konstitusiya Günü qeyd olunur

10:00 12 noyabr 2026
Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

18:40 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər