Videosu yayılan müəlliməyə bir-iki məsləhət

Videosu yayılan müəlliməyə bir-iki məsləhət
24 aprel 2020
# 11:45

Sosial şəbəkələrdə bir müəllimin videosu yayıldı. Onlayn dərs deməyə çalışan müəllimi evdə ya nə nəvəsi, ya qohum uşağı əsəbiləşdirir, telefonu pianinodan sürüşür. “Ə, dayan da bir!” deyə əsəbiləşir.

İlk baxışdan adamı güldürür video. Çünki karantin günlərindəyik, gülməyə ehtiyacımız çoxdur. Ancaq bunu lağlağı səviyyəsinə düşürüb şəbəkələrdə yaymaq cəmiyyət olaraq qüsurumuzdur.

Ağıllı telefonlar, kompüterlər, sosial şəbəklər bizim gərçək üzümüzü, aynada əksimiz kimi göstərməyə doğru gedir. Virus söhbətləri yayılandan dünyamız dəyişməyə istiqamətlənib. Bu hal bizə, bəşər övladına hələ də yaddır. Dərslər onlayn keçirilir, işimiz onlayn, sevgimiz onlayn, darıxmağımız onlayın.

Videosu yayılan müəllim isə bu sistemə uyğunlaşa bilmir, qəlibləşmiş, köhnəlmiş qaydalara alışıb. Ona görə, səbri çatmır, tıncıxır. Əslində, videoda qeyri-adi heç nə yoxdur. Lenti yayan da çox güman öz müəllim yoldaşlarındandır. Bəlkə də düşünüb ki, bu ağır günlərdə insanlara təbəssüm ötürüm.

Daha sonra müəllimin səs yazısı yayılır. Səs yazısında videonu yayana donquldanır, deyir, zülmlə evdə dərs keçirəm, azyaşlı uşaq var. Ardınca yenə eyni söz: “Ə, dayan bir görək!”. Və yenə paylaşımlar, yenə gülüş.

Görünən odur ki, yeni dünya sistemində müəllimlər artıq auditoriyada tələbələrin qarşısında uca səslə mühazirə deyə bilməyəcək, buna ehtiyac da olmayacaq. Evində, yaxud internet klubda kofedən, çaydan içə-içə onlayn dərsə qoşulacaqsan. Oksford, Harvar, Kaliforniya universitetlərinə internet üzərindən qəbul oluna biləcəksən, o böyük universitetləri evinə gətirəcəksən.

Bəlkə də mən yanılıram, beyin informasiyanı daha rahat formada qəbul edəcək. Axı dünya bu saat onlayn şəbəkədə deyilmi?! İstədiyimiz materialı, məlumatı internet resurslarında tapırıq. Beyinlər artıq bu cür alır informasiyanı.

Yazımın sonunda müəllimə tövsiyə edirəm ki, tezliklə feysbukda, vatsapda aktivləşsin. Günə bir-iki status yazsın və günümüzün reallığına alışsın, ona adaptasiya olsun.

# 8802 dəfə oxunub

Oxşar xəbərlər

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

19:40 13 noyabr 2026
Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər