Vaqif poeziya günləri başa çatdı

Vaqif poeziya günləri başa çatdı
31 avqust 2021
# 16:58

Vaqif Poeziya Günlərinin ikinci gününün proqramı da maraqlı məqamlarla zəngin idi.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində avqustun 31-də xalq şairlərinin, həmçinin orta nəsil və gənc şairlərin çıxışları, muğam sənətkarlarının ifaları dinlənilib, “Nizamidən Vaqifə” adlı poetik kompozisiya təqdim edilib.

Əvvəlcə xalımızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycanın Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Vaqif Poeziya Günlərinin hər kəs üçün xoşbəxt anlar yaşatdığını vurğulayıb. “Şuşaya gəlməyimizlə bizim ruhumuz yüksəlir, əhvalımız yüksəlir, başımız dikəlir və öz tariximizlə, öz varlığımızla qürur duyuruq”, - deyən Xalq şairi bu ucalığı xalqımıza bəxş edən Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan əsgərinə minnətdarlığını bildirib.

“Bu günlərdə təşkil olunun Vaqif Poeziya Günləri, əslində sözümüzün, şeirimizin, ədəbiyyatımızın bayramıdır. Biz Şuşaya gələndə gördüyümüz o keçilməz yolları bizim ər oğullar Vətən sevdası, Şuşa sevgisi ilə qısa bir zamanda, çox sürətlə keçərək bu yerə gəlib çatıblar. Bu, misli görünməmiş bir qəhrəmanlıqdır. Əslində bu, 30 il çox çətin günlər yaşamış ədəbiyyatımıza Azərbaycan əsgərinin verdiyi bir töhfədir. Bu, Azərbaycan əsgərinin göstərdiyi tarixi bir igidlikdir. Dünən Ali Baş Komandan bu qələbələrin nəticəsi olaraq Azərbaycanın söz ordusuna Vaqif məqbərəsini qaytardı. Sözün və silahın bir olduğu yerdə ölkə basılmaz. Məhz bu gün burada əyləşən söz, sənət adamları da daim Azərbaycan Ordusuna dayaq olmağa, onları yeni döyüşlərə ruhlandırmağa çalışıb. Bu gün nə yaxşı ki, sözümüzlə silahımız birdir. 44 günlük müharibə də bu birliyi bir daha göstərdi. Amma bu birliyin ən gözəl nümunəsini Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan göstərdi”, - deyə Sabir Rüstəmxanlı deyib.

Xalq şairi Vətən müharibəsində Qələbəyə həsr etdiyi “Qarabağa dönüş” poemasından bir parçanı oxuyub.

“Nizamidən Vaqifə” adlı poetik kompozisiyası isə tədbirə xüsusi rəng qatıb. Xalq artistləri Mehriban Zəki, Pərviz Məmmədrzayev, Əməkdar artistlər Gülzar Qurbanova və Elşən Rüstəmovun çıxışları alqışlarla qarşılanıb.

Vaqif Poeziya Günlərinə “Qarabağ, ana yurdum” mahnısı ilə yekun vurulub.

Bu tədbir bir daha göstərdi ki, Şuşa Qarabağın mədəniyyət mərkəzi, musiqi beşiyidir. Bəli, Şuşa sarayı yenidən ucalır. /azertag.az/

# 4979 dəfə oxunub

Oxşar xəbərlər

Rusiyalı model vəfat etdi

Rusiyalı model vəfat etdi

18:43 17 noyabr 2026
Göbəklitəpənin tarixi mirasını miqrant uşaqların taleyi ilə birləşdirən film təqdim olundu

Göbəklitəpənin tarixi mirasını miqrant uşaqların taleyi ilə birləşdirən film təqdim olundu

18:02 17 noyabr 2026
Tural Turan beynəlxalq mükafata layiq görüldü

Tural Turan beynəlxalq mükafata layiq görüldü

17:32 17 noyabr 2026
Gənc aktrisa vəfat etdi

Gənc aktrisa vəfat etdi

17:14 17 noyabr 2026
Klimtin əsəri hərraca çıxarılır - 80 milyon dollara

Klimtin əsəri hərraca çıxarılır - 80 milyon dollara

16:39 17 noyabr 2026
"İndiki övladlar valideynlərinə bankomat kimi baxırlar" - Seyran Səxavətlə müsahibə

"İndiki övladlar valideynlərinə bankomat kimi baxırlar" - Seyran Səxavətlə müsahibə

16:22 17 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər