V Buktreyler Festivalının qalibləri mükafatlandırıldı

V Buktreyler Festivalının qalibləri mükafatlandırıldı
23 noyabr 2020
# 18:12

Noyabrın 23-də Beynəlxalq Muğam Mərkəzində V Buktreyler Festivalı qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, mərasimi giriş sözü ilə açan kinoaktyor, prodüser, Buktreyler festivalının təsisçisi Ruslan Sabirli Vətən müharibəsində qələbə münasibətilə iştirakçıları təbrik edib.

R.Sabirli vurğulayıb ki, bu il 5 illik yubileyini qeyd edən festivalın pandemiya səbəbindən müddəti uzadılıb və qaliblər ənənəvi olaraq aprel və may aylarında deyil, məhz bu gün elan edilir. Bildirilib ki, buktreyler kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə yönələn, onun ən maraqlı məqamlarını özündə əks etdirən videoçarx və ya kitabın məzmunundan bəhs edən qısametrajlı filmlərdir.

Buktreylerin ədəbiyyat, kino, reklam və internet texnologiyalarını özündə cəmləşdirən incəsənət növü olduğunu diqqətə çatdıran layihə rəhbəri festivalın təşkilində göstərdiyi dəstəyə görə Mədəniyyət Nazirliyinə və Beynəlxalq Muğam Mərkəzinə təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli festivalın əhəmiyyətini yüksək qiymətləndirib, qaliblərə təbriklərini çatdırıb: “Müasir rəqəmsallaşmış dövrdə müəlliflərin cəmiyyətə çıxışı üçün onlayn platforma kimi tətbiq edilən, ədəbiyyat və kino sahəsinin insanlarını bir araya gətirmək baxımından təqdirəlayiq layihədir. Arzu edirəm ki, festival hər il daha da yenilənərək inkişaf etsin, Vətənimizi, tariximizi, mədəni irsimizi tərənnüm edən professional işlər reallaşsın. Müəllifin kitaba köçürdüyünü rejissor vizual olaraq çatdıra bilsin və növbəti festivallar oxu sənətimizə layiqli töhfə verə bilsin. Kitaba sevgi və tələb günü-gündən artmalıdır. Təbliğat nə qədər çox olarsa, kitaba sevgi də bir o qədər çox olacaq”.

Münsiflər heyətinin üzvləri Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Əməkdar artist Qurban Məsimov, Xalq artisti Xalidə Quliyeva çıxış edərək festivalın kitabın təbliği, mütaliəyə münasibətin yaradıcı formalarının inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafına xidmət etdiyini vurğulayıbıar.

Daha sonra qaliblər mükafatlandırılıb.

Yaşar Hüseynovun “Yeddinci mərtəbədə qətl” buktreyleri I, Ağaməli Əliyevin “Pinqvinlər uçur, Mari”, Orxan Adıgözəlovun “Ölsəm, bağışla” işləri II, Kərim Rəhimovun “Erməni zindanında 8 gün”, Mürsəl Qafarovun “Difai” fədailəri”, Masər Həsənovun “Çin olmuş yuxu” lentləri III yerə layiq görülüb.

Uğur qazanmış müəlliflərə diplom və Mədəniyyət Nazirliyinin mükafatları təqdim olunub.

# 3446 dəfə oxunub

Oxşar xəbərlər

Klod Monenin  tablosu Parisdə rekord qiymətə hərraca çıxarıldı

Klod Monenin tablosu Parisdə rekord qiymətə hərraca çıxarıldı

18:30 22 oktyabr 2026
Xalq artisti Firəngiz Əlizadəyə ağır itki

Xalq artisti Firəngiz Əlizadəyə ağır itki

18:10 22 oktyabr 2026
Türkiyədə  arxeoloji qazıntılar zamanı qədim tapıntılar aşkarlandı

Türkiyədə arxeoloji qazıntılar zamanı qədim tapıntılar aşkarlandı

18:00 22 oktyabr 2026
“Türk dünyası- ortaq mədəniyyət, ortaq dəyərlər” layihəsi - Gənclər Kitabxanasında

“Türk dünyası- ortaq mədəniyyət, ortaq dəyərlər” layihəsi - Gənclər Kitabxanasında

17:30 22 oktyabr 2026
Əfsanəvi təbiət serialının üçüncü mövsümü yayımlanacaq

Əfsanəvi təbiət serialının üçüncü mövsümü yayımlanacaq

17:00 22 oktyabr 2026
Leyla Əliyeva Səmərqənddə  İmam əl-Buxari memorial kompleksində

Leyla Əliyeva Səmərqənddə İmam əl-Buxari memorial kompleksində

16:51 22 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər