Universitet müəllimimə yazdığım sevgi məktubu

Universitet müəllimimə yazdığım sevgi məktubu
24 sentyabr 2020
# 10:52

Sosial şəbəkələrdə analar, atalar övladlarının universitetə qəbul olunduqlarını sevinclə, bəh-bəhlə paylaşır, xoşbəxt olduqlarını hər kəsə bildirir.

Yadıma düşür, universitetə hazırlaşdığım günlərdə avaraçılıq edir, qızlarla görüşür, dərslərə fikir verə bilmirdim, amma əmin idim ki, tələbə olacam.

Qonşumuzun qarğışına tuş gəlmişdim. Onun oğlu universitetə qəbul ola bilməmişdi. Mənsə qəbul olmuş, sevincdən üzümdə güllər açmışdı. Qonşumuz oğlu qəbul olunmadığına görə anamın üzünə qarşı mənə qarğış tökmüşdü. İçi kinli, kirli qadın idi. Həmin gün qolumu şüşə kəsmişdi. Qolumdan süzülən qana baxıb gülümsəmişdim günəşə. Evə çatanda anam əllərini dizinə çırpa-çırpa qonşu qadınına donquldanmışdı. İçimə dolan sevinc nəğmələri qolumdakı ağrıları ərşə çəkirdi.

Universitetə ilk qəbul olunduğum günün sevincini xatırlayırdım. Tezliklə bu hiss məndən gen durdu. Tələbə olmağıma görə peşman idim. Nifrət edirdim auditoriyaya, müəllimlərə, imtahanlara. Yekəxana, ərköyün oğlanların, qızların kasıb tələbələrə yuxarıdan aşağı baxmaqları günü-gündən əsəblərimə toxunurdu. Bezmişdim. Elə bil məni bir üzüyün içinə atmışdılar. Nə qədər çapalasam da, çıxa bilmirdim. Bir yandan düşünürdüm ki, oxumaq lazımdır, o bir tərəfdən universitet ağzını açmış div kimi görünürdü mənə. Yüzlərlə tələbə içində tək-tənha gəzir, yeməyimi tək yeyir, tək də evə gedirdim. Heç cürə tələbə yoldaşlarıma isnişə bilmirdim.

Bu yalnızlıq məni depressiyaya gətirib çıxardı. Gözlərim də zəifləmişdi. Eynək taxmağım şərt olmuşdu. Anamla göz həkiminə getdik, böyük çərçivələri olan bir eynək aldıq. O eynəyi taxandan sonra psixoloji ovqatım daha da qapalı, daha da miskin forma aldı. Depressiv obrazım eynəklə tamamlandı. Uşaqlar bunu hiss eləməyə başlamış, məni lağa qoyurdular. İsti günlərdə dərsə kurtkayla gəlir, sanki özümü onlardan gizləməyə çalışırdım.

Günlərin bir günü universitetimizə bir müəllimə gəldi. İlk görüşdə ona vurulmuşdum. Bufetdə, mərtəbələrdə, dəhlizdə harda rastlaşsaq həyəcandan dizlərim əsirdi. İncə, qaraşın, mavi gözlü bir müəllimə. Birdən-birə tələbəçilik həyatıma rəng gəlmişdi. Həmişə arxa partaların birində otururdumsa, indi onun gəlişi ilə ən qabaq partaların birində özümə yer edib onun gül camalına tamaşa edirdim. Müəllimənin adını da deyəcəm: Könül.

Universiteti bitirmədən tələbəlik həyatıma son qoydum. Son günümdə məktub yazıb, gizlicə çantasına yerləşdirdim. Təxminən yadımda belə qalıb. Yazmışdım ki:

“Müəllimə, mən bu gün universiteti bitirə bilmədən gedirəm. Sizə bir sözüm vardı, amma heç cürə bu sözləri üzünüzə qarşı deyə bilməyəcəkdim. Ona görə də məktubla yazıram. Sizi sevirəm və sanmayın ki, bu uşaqlıq sevgisidi. Sizi unutmayacam”.

Azərbaycanda bir gəncin ixtisas seçimi, mövqeyi əksərən haçalanır. Atalar, analar uşaqlarına qoyun, öz eqolarından yaranmış parazit kimi baxırlar. Təsəvvür edin, ata gəncliyində futbolçu olmaq istəyirmiş, ancaq atası bunu ürəyində qoyub və başqa ixtisasa yönləndirib. Ata da öz intiqamını uşağından alır. Oğlunu kiçik yaşlarından futbol məktəbinə yazdırır. Ona görə ki, öz arzusu gözündə qalıb. Nə zamansa bu istək gərçəkləşməlidir. Oğul da böyüyür amma futbolçu ola bilmir. Çünki istedadı başqa sahədə imiş. Bu kimi hadisələrdən çox danışmaq, yazmaq olar. Təəssüf ki, cəmiyyət olaraq öz balamıza, gəncimizə seçim şansı vermirik. Sovet düşüncəli beyinlər uşaqlarına investisiya kimi baxırlar. Böyüyər, məni saxlayar. Bu da ayrı bir mövzunun yazısıdır.

Universitet həyatı mənim nə təhsilimə, nə də dünyagörüşümə təsir elədi. Ordan heç nə qazana bilmədən çıxdım. Ümid edirəm ki, bu gün sevinən tələbələrin həyəcanı mənimki qədər tez səngiməyəcək, heç olmasa bir dərs ili onları müşayiət edəcək.

# 8844 dəfə oxunub

Oxşar xəbərlər

Kişilərin kölgəsində qalmış qadın rəssam:  Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

Kişilərin kölgəsində qalmış qadın rəssam: Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

18:43 3 noyabr 2026
Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

18:04 3 noyabr 2026
Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

17:43 3 noyabr 2026
Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı:  Başqa adla roman yazıbmış

Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı: Başqa adla roman yazıbmış

17:26 3 noyabr 2026
Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər