UNESCO Qarabağla bağlı bəyanat yaydı

UNESCO Qarabağla bağlı bəyanat yaydı
10 oktyabr 2020
# 14:20

UNESCO Ermənistan ilə Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətlə bağlı bəyanat yayıb.

Kulis.az xəbər verir ki, sənəddə Birləşmiş Millətlər Təşkilatının Baş katibinin 5 oktyabr tarixli bəyanatına uyğun olaraq, UNESCO-nun Dağlıq Qarabağ münaqişəsi zonasında artan şiddət, mülki insan tələfatı və mülki infrastruktura, eləcə də məktəblərə, mədəniyyət və dini abidələrə dəyən ziyan, jurnalistlərin təhlükəsizliyinə təhdidin artması ilə əlaqədar ciddi narahatlığını bildirdiyi vurğulanır.

Qeyd edilir ki, UNESCO mədəniyyət abidələrinə vurulan ziyanın qarşısının alınmasını təmin etmək üçün tərəfləri xüsusən də “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyası və onun Əlavə (1954 və 1999) protokollarına əsasən, beynəlxalq humanitar hüquqla bağlı götürdükləri öhdəliklərinə əməl edərək bütün növ mədəni irsi qorumağa çağırır.

Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 2222 (2015) saylı qətnaməsində jurnalistlərin, media işçilərinin və əlaqədar şəxslərin münaqişə vəziyyətində qorunması, azad, müstəqil və qərəzsiz medianın demokratik cəmiyyətin əsas təməllərindən biri kimi təşviqinə dair öhdəliklər də daxildir və bu, mülki şəxslərin qorunmasına kömək edə bilər.

UNESCO, həmçinin tərəfləri uşaqlara, müəllimlərə, təhsil işçilərinə, yaxud məktəblərə edilən hücumlardan və ya onlara zərər vurmaqdan çəkinməyə, Təhlükəsiz Məktəblər Bəyannaməsinin prinsiplərini, eləcə də məktəblərin və universitetlərin hərbi məqsədlər üçün istifadəsini məhdudlaşdıran təlimatları xatırladaraq, onları təhsil hüquqlarını qorumağa, təhsilin hücumdan qorunmasını gücləndirmək və silahlı qarşıdurma zamanı təhlükəsiz təhsilin davamlılığını təmin etmək qaydasına riayət etməyə çağırır.

Təşkilat bu öhdəliklərin həyata keçirilməsini dəstəkləmək üçün öz səlahiyyətləri daxilində lazımi kömək göstərməyə hazırdır.

Gallery

# 3842 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər