Türkiyədə "Azərbaycanlı şəhid uşaqların xatirəsinə" adlı konsert keçirildi - Foto

Türkiyədə "Azərbaycanlı şəhid uşaqların xatirəsinə" adlı konsert keçirildi - Foto
28 noyabr 2020
# 10:27

Ankara Opera və Balet Teatrında Azərbaycana dəstək məqsədi ilə bədii proqram təşkil edilib.

Kulis.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, proqram Azərbaycanın Türkiyədəki Səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADƏHF), Anadolu Mədəniyyətlərin Araşdırılması və İnkişafı Dərnəyi tərəfindən təşkil edilib.

“Bu gün dünyada davam edən müharibələrdə çox təəssüf ki, uşaqlar və dinc insanlar da həyatlarını itirirlər. Azərbaycanın haqlı savaşında şəhid olan Azərbaycanlı körpələrin əziz xatirələri üçün bu konserti təşkil etdik”, – deyə proqramın solisti, fleyta ifaçısı Şəfiqə Kutluər çıxışında bildirib.

Ankara Opera və Balet Teatrının solisti Şənol Talınlı Azərbaycan xalq mahnılarını, tanınmış bəstəkarlarımızın məşhur bəstələrini ifa edib.

Solistlər Şəfiqə Kutluəri və Şənol Tanlını Ankara Opera və Balet Teatrının Azərbaycandan olan pianoçu Nailə Əhmədova, tarzən Murad Akçay, violonçel ifaçısı Sevinc Əliyeva müşayiət edib.

İfaları ilə Azərbaycanın zəfərini tərənnüm etdirən musiqiçilər ankaralı tamaşaçılar tərəfindən rəğbətlə və sürəkli alqışlarla qarşılanıb.

Azərbaycanın Türkiyədəki Fövqəladə və Səlahiyyətli Səfiri Xəzər İbrahim ifaçılara təşəkkür edib.

TADƏHF rəhbəri Aygün Əttar bildirib ki, Ankara Opera və Balet Teatrının ifaçılarının iştirakı ilə belə bir konsert proqramının Şuşada da keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Ankara Opera və Balet Teatrının zalında Azərbaycanla bağlı fotosərgi də nümayiş olunub.

# 3269 dəfə oxunub

Oxşar xəbərlər

Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

18:57 20 noyabr 2026
Ayasofiyada qədim tunellər aşkar edildi

Ayasofiyada qədim tunellər aşkar edildi

18:16 20 noyabr 2026
Bruno Marsın ailəsində ağır itki

Bruno Marsın ailəsində ağır itki

17:37 20 noyabr 2026
Kris Prat yeni fantastik filmdə baş rola çəkiləcək

Kris Prat yeni fantastik filmdə baş rola çəkiləcək

17:03 20 noyabr 2026
Nadir Bədəlov:  “Azərbaycan kinosu yox, Bakı kinosu var” – MÜSAHİBƏ

Nadir Bədəlov: “Azərbaycan kinosu yox, Bakı kinosu var” – MÜSAHİBƏ

16:32 20 noyabr 2026
Azərbaycan mahnıları ingiliscə, dünya hitləri azərbaycanca

Azərbaycan mahnıları ingiliscə, dünya hitləri azərbaycanca

16:00 20 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər