Tünzalə Ağayeva Şuşa haqqında klip çəkdirdi - Foto

Tünzalə Ağayeva Şuşa haqqında klip çəkdirdi - Foto
21 yanvar 2021
# 10:34

Xalq artisti Tünzalə Ağayeva Şuşa haqqında yeni mahnı bəstələyib.

Bu barədə Kulis.az-a Xalq artisti özü məlumat verib. O, Xalq şairi Rəsul Rzanın yaradıcılığına müraciət edərək, şairin “Şuşam mənim” şeirinə mahnı bəstələyib. Hazıda mahnının klip çəkilişləri gedir. Ekran işinin müəllifi Rəsul Rzanın nəvəsi, Xalq yazıçısı Anarın qızı publisist Günel Anarqızıdır. Klipin rejissorluğu tanınmış rejissor Ülviyyə Könülə həvalə olunub.

Xalq artisti klipin film formatında lentə alındığını deyib:

“Daha bir yenilik isə ekran əsərində peşəkar artistlərlə yanaşı, Vətən müharibəsində iştirak edən əsgərlərin iştirak etməsidir. Klipdə Şuşa uğrunda gedən savaş öz əksini tapacaq. Buna görə, çox böyük qürur hissi duyuram. Onlara çox dərin minnətdarımı bildirirəm. Klipin ərsəyə gəlməsində zəhməti olan bütün texniki heyətə, prodüserim Yalçın Cabbarova, Ülviyyə Könülə, Günel Anarqızına və bizə dəstək olan şirkət və qurumlara öz təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Tünzalə Ağayeva bundan əvvəl Xalq şairi Səməd Vurğunun qələmə aldığı “Şuşa haqqında ballada” şeirinə bəstələdiyi mahnını ifa edib.

# 4356 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat etdi

Xalq artisti Zaur Rzayev vəfat etdi

18:52 29 oktyabr 2026
Beren Saat və Ekin Koç illər sonra yenidən eyni layihədə

Beren Saat və Ekin Koç illər sonra yenidən eyni layihədə

17:30 29 oktyabr 2026
Qadınların gündəlik həyatını əks etdirən qədim dolab tapıldı

Qadınların gündəlik həyatını əks etdirən qədim dolab tapıldı

17:00 29 oktyabr 2026
Deddi Yankinin  yeni albomu yayımlanacaq

Deddi Yankinin yeni albomu yayımlanacaq

16:30 29 oktyabr 2026
Məşhur aktyor "Yaşayan ən seksual kişi"  seçildi

Məşhur aktyor "Yaşayan ən seksual kişi" seçildi

16:00 29 oktyabr 2026
Nadir dinozavr skeleti rekord qiymətə satıldı

Nadir dinozavr skeleti rekord qiymətə satıldı

15:00 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər