Tələbəmizin çəkdiyi film ABŞ-da qalib oldu

Tələbəmizin çəkdiyi film ABŞ-da qalib oldu
8 yanvar 2020
# 10:30

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və Televiziya fakültəsinin magistr tələbəsi Masər Həsənov ABŞ-da kecirilən XI Beynəlxalq Müstəqil İnternet Qısa Film Festivalında (11th Independent International Internet Short Film Festival) mükafat qazanıb.

Kulis.az xəbər verir ki, Masər Həsənovun "Qığılcım" filmi "Tamaşaçı rəğbəti" nominasiyası üzrə 65 ölkə arasında III yerə layiq görülüb.

Qeyd edək ki, bir çox sənədli və bədii filmlərin, sosial çarxların müəllifi olan Masər Həsənov “Bakı Oskar Festivalı-1”də “Ən yaxşı ssenari”, “Bakı Oskar Festivalı-2” də isə “Ən yaxşı sənədli film” nominasiyaları üzrə qalib olub. “Deja vu” filmi Türkiyə, Rusiya və Rumıniyada keçirilən beynəlxalq festivallarda iştirak edib. Bu film, eyni zamanda Azərbaycanda keçirilən beynəlxalq “START” film festivalında “jürinin rəğbəti” nominasiyası üzrə mükafata layiq görülüb.

Gənc rejissorun çəkdiyi “Sevgi naminə” qısametrajlı bədii filmi ilə IX Beynəlxalq Müstəqil İnternet Qısa Film Festivalında (9th Independent International Internet Short Film Festival) iştirak edib və birinci dərəcəli laureat seçilib,

2017-ci ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis etdiyi Rasim Ocaqov adına təqaüdə layiq görülüb. 2019-cu ildə gənclər üçün prezident mükafatı ilə təltif olunub.

# 3546 dəfə oxunub

Oxşar xəbərlər

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

18:40 11 noyabr 2026
Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

18:38 11 noyabr 2026
“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

18:11 11 noyabr 2026
“My Chemical Romance”dan tarixi rekord

“My Chemical Romance”dan tarixi rekord

18:06 11 noyabr 2026
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

17:07 11 noyabr 2026
27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

17:04 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər