Televizya qayçısı və aparıcı xüdpəsəndliyindən xilas olduq - Qəşəm Nəcəfzadə yazır...

Televizya qayçısı və aparıcı xüdpəsəndliyindən xilas olduq - Qəşəm Nəcəfzadə yazır...
4 sentyabr 2020
# 11:36

Kulis.az şair Qəşəm Nəcəfzadənin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə keçirilən onlayn görüşündən yazdığı “Mən sənin şairinəm” adlı təəssürat yazısını təqdim edir.

Yaxşı bilirik ki, son dönəmlər televiziyalar ədəbiyyat verilişilərindən qəhrəmacasına azad edilib.
Ona görə gedişat tələb edir ki, hardasa bir yol bağlananda, ona alternativ yollar axtarılsın. Şübhəsiz ki, televiziyalara ən yaxşı alternativ yol internet televiziyaları, zomm proqramı, instagram və Feysbuk üzərindən canlı yayımlar açmaq bugünün özündə çox vacıb bir məsələdir və bu sahədə xeyli uğurlar əldə edilib.

Deyirlər, ən pis bir işində xeyirli tərəfləri var. Bəlkə də bu məsələnin, yəni internetlə canlı yayımların daha aktivləşməsi pandemiyanin bizə ən yaxşı diktəsidir.

Son vaxtlar ölkəmizin müxtəlif bölgələrində mənimlə belə internet üzərindən canlı görüşlər keçirilib və hesab edirəm ki, indiki dövr üçün bu çox əhəmiyyətli bir məsələdir. Yəni oxucular müxtəlif bölgələrdən səninlə bir başa canlı əlaqə qura bilir, suallaını verir. Daha burda ənənəvi televizyanın qayçısı yoxdur, redaktor və aparıcı xüdpəsəndliyi səni izləmir, çox sərbəst şəkildə oxucu da, şair də özünü ifadə edə bilir.

Bu günlərdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası mövcud pandemiya vəziyyəti ilə əlaqədar olaraq sosial şəbəkələrdə mədəniyyət və incəsənət xadimləri ilə keçirdiyi görüşlərin növbəti qonağı mən oldum. Onlayın müzakirənin aparıcısı Nilufər Abdulla həyat və yaradıcılığım haqqında oxuculara geniş məlumat verdi, müasir ədəbi prosesdə baş verən yeniliklərdən danışdı. Məni sevindirən əsas cəhət o idi ki, müzakirəyə əksər kitabaxanalar qoşuldu, oxucular maraqlı suallar ünvanlandı. Bir növ kitabxana öz şairinə sahib çıxdı, sözə, ədəbiyyata dayaq oldu, onu oxu zallarına dəvət etdi. Bir şairin ətrafında kitabxanların birliyi göstərdi ki, bu cür görüşlər, ədəbiyyatımız üçün, oxu vərdişlərinin aşılanması üçün çox əhəmiyyətlidir. Mən titirdə yazılan oxucu fikirlərini, çöhrələrindəki sevinci gördükşcə, suallarını dinlədikcə, onlar üçün yeni şeirlərimi oxuduqca, üəyimdə hər bir oxucuya bir fikir baş qaldırdı:”Bəli, mən sənin şairinəm”.

Gallery

# 3668 dəfə oxunub

Oxşar xəbərlər

Rəşad Məcidə ağır itki üz verdi

Rəşad Məcidə ağır itki üz verdi

10:33 15 noyabr 2026
Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər