Tanınmış dramaturq: "Onlayn teatr teatr deyil"

Tanınmış dramaturq: "Onlayn teatr teatr deyil"
16 sentyabr 2020
# 17:55

“Yorulmadan Azərbaycan teatrını yamanlayan xanımlar və cənablar, dincəlin, daha teatr yoxdur”.

Kulis.az xəbər verir ki, bu sözləri tanınmış dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli Mədəniyyət qəzetinə verdiyi müsahibəsində deyib. Dramaturq pandemiya zamanı onun üçün ən ağır məqamın teatrların qapılarının bağlanması olduğunu bildirib:

“Pandemiyanın mənim üçün ən ağrılı məqamı, həqiqətən, teatrların qapanması oldu. Təkcə Bakı teatrlarının repertuarında yeddi əsərim var, ayda ən azı 5-6 tamaşam oynanılırdı. Birdən-birə həyatımda dərin bir boşluq yarandı. Burda bir monoloq deyim, bununla da pandemiya mövzusunu qapadaq: “Teatrların işıqları sönüb, qapıları bağlanıb, ən pis tamaşa üçün də darıxmışam. Yorulmadan Azərbaycan teatrını yamanlayan xanımlar və cənablar, dincəlin, daha teatr yoxdur. Bəlkə bir daha olmadı, ola bilsin hansı bir formada nəsə çıxsın, yaransın, lap elə yerində onlayn teatr bitsin, törəsin, amma onlayn teatr heç teatr deyil, lentə alınmış zəifdən zəif filmdir, cansız, ruhsuz, dadsız...”.

# 4519 dəfə oxunub

Oxşar xəbərlər

Nadir Bədəlov:  “Azərbaycan kinosu yox, Bakı kinosu var” – MÜSAHİBƏ

Nadir Bədəlov: “Azərbaycan kinosu yox, Bakı kinosu var” – MÜSAHİBƏ

16:32 20 noyabr 2026
Azərbaycan mahnıları ingiliscə, dünya hitləri azərbaycanca

Azərbaycan mahnıları ingiliscə, dünya hitləri azərbaycanca

16:00 20 noyabr 2026
"İstedad israf ediləndə daha erotik olur..."- Amerikalı yazıçının sitatları

"İstedad israf ediləndə daha erotik olur..."- Amerikalı yazıçının sitatları

15:36 20 noyabr 2026
Daşnakların qətlə yetirdiyi yazıçının kitabı nəşr edildi

Daşnakların qətlə yetirdiyi yazıçının kitabı nəşr edildi

15:04 20 noyabr 2026
Ağdamda Qarabağ atlarının şousu keçirildi

Ağdamda Qarabağ atlarının şousu keçirildi

13:31 20 noyabr 2026
Özbəkistanda Şah İsmayıl Xətai adına Mərkəzin açılış mərasimi keçirildi

Özbəkistanda Şah İsmayıl Xətai adına Mərkəzin açılış mərasimi keçirildi

13:28 20 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər