Sosial şəbəkə istifadəçiləri üçün hekayə müsabiqəsi elan edildi

Sosial şəbəkə istifadəçiləri üçün hekayə müsabiqəsi elan edildi
29 yanvar 2021
# 19:01

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi sosial şəbəkə istifadəçiləri arasında “Ana dili” adlı qısa hekayə müsabiqəsinə start verdi.

Mərkəzdən Kulis.az-a verilən məlumata görə, müsabiqədə saxta profillər istisna olmaqla, bütün “Facebook” istifadəçiləri iştirak edə biləcəklər. Hər istifadəçi müsabiqəyə yalnız bir hekayə təqdim edə bilər, hekayələr Azərbaycan dilində, maksimum 1000 işarədən ibarət olmalı və daha əvvəl heç yerdə dərc edilməməlidir.

Müsabiqənin qaydalarına uğyun olaraq istifadəçilər hekayələrini və özləri barədə məlumatı Monitorinq Mərkəzinin “Facebook” səhifəsinə Word formatında (Times New Roman şrifti, 12 ölçü) məktub şəklində göndərməlidirlər. Münsiflər tərəfindən seçilmiş hekayələr Monitorinq Mərkəzinin “Facebook” səhifəsində paylaşılacaqdır. İştirakçılar Monitorinq Mərkəzinin “Facebook” səhifəsində təqdim olunmuş hekayəni şəxsi hesablarında paylaşmalıdırlar.

Bildirilib ki, müəyyən edilmiş tarixə qədər ən çox “like” (bəyənmə) toplayan 3 müəllif qalib elan ediləcək.

Müsabiqənin əsas mükafatları:

1-ci yer - 500 man.

2-ci yer - 300 man.

3-cü yer - 200 man.

Həvəsləndirici mükafatlar (fəxri diplom və kitablar):

4-cü yer

5-ci yer

6-cı yer

7-ci yer

8-ci yer

9-cu yer

10-cu yer

Qeyd edək ki, hekayələr 02.02.2021- 28.02.2021 tarixinlərində qəbul edilir. İlk mərhələdə münsiflər heyəti tərəfindən seçilmiş hekayələr 01.03.2021 tarixindən etibarən Monitorinq Mərkəzinin “Facebook” səhifəsinə yerləşdiriləcəkdir. Final nəticələri 20.03.21 tarixibdə - Novruz Bayramında elan olunacaq.

# 3943 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər