Səməd Vurğun onun şeirini oğurlayıbmı? – Eyni misralar var!

Səməd Vurğun onun şeirini oğurlayıbmı? – Eyni misralar var!
5 may 2021
# 11:10

Bu gün istiqlal şairi, dövlət himninin sözlərinin müəllifi Əhməd Cavadın doğum günüdür. Kulis.az bu münasibətlə “Günün şeiri” layihəsindən şairin “Azərbaycan” şeirini təqdim edir. Xatırladaq ki, Səməd Vurğunun məşhur “Azərbaycan” şeirini bu şeirdən plagiat etdiyi haqda iddialar mövcuddur. Məlumat üçün bildirək ki, Əhməd Cavad şeiri 1919-cu ildə, Səməd Vurğun isə ondan 14 il sonra - 1933-cü ildə qələmə alıb. Ən maraqlısı, şeirlərdə eyni misralar vardır.

Dağlarının başı qarlı,
Sinəsi yaşıl ormanlı!
Dərələrin şirin barlı,
Azərbaycan! Azərbaycan!

Səhraların sünbüllüdür,
İl müdam üstü güllüdür!
Bağçaların bülbüllüdür,
Azərbaycan! Azərbaycan!

Durna gözlü bulaqların,
Cənnət kimi yaylaqların!
Geniş-geniş oymaqların,
Azərbaycan! Azərbaycan!

Ormanında maral gəzər,
Çöllərində ceyran süzər!
Göllərində qazlar üzər!
Azərbaycan! Azərbaycan!

İlxında ayğır kişnəşir!
Naxrında buğan güləşir!
Süründə əmlik mələşir!
Azərbaycan! Azərbaycan!

Qayaların əlvan mərmər!
Belində var qızıl kəmər!
Bir yanında Bəhri-Xəzər!
Azərbaycan! Azərbaycan!

Sinən odu şölə salır!
Dünya səndən işıq alır!
Verməyəndə, zülmət qalır!
Azərbaycan! Azərbaycan!

İpək, pambıq, yunun çoxdur!
Arpa, buğda, dügün çoxdur!
Hər şeyin var, nəyin yoxdur?!
Azərbaycan! Azərbaycan!

Yer üzündə yoxdur tayın!
Gur-gur axar neçə çayın!
Bol veribdir, fələk payın!
Azərbaycan! Azərbaycan!

Laçının var, tərlanın var!
Çoxlu şirin dastanın var!
Qorxun yoxdur, düşmanın var!
Azərbaycan! Azərbaycan!

Gəncə, 1919

# 6161 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur türk aktrisa vəfat etdi

Məşhur türk aktrisa vəfat etdi

10:15 9 oktyabr 2026
Beynəlxalq səyyahlar Ağdamda olublar

Beynəlxalq səyyahlar Ağdamda olublar

18:20 8 oktyabr 2026
"Dünyanın ən yaxşı 100 süd məhsulu"  siyahısı açıqlandı

"Dünyanın ən yaxşı 100 süd məhsulu" siyahısı açıqlandı

18:00 8 oktyabr 2026
Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

17:30 8 oktyabr 2026
"Qızıl Portağal"ın münsifləri bəlli oldu

"Qızıl Portağal"ın münsifləri bəlli oldu

17:00 8 oktyabr 2026
Bəstəkar Aydın Əzimovun yaradıcılığına  həsr olunan dəyirmi masa

Bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunan dəyirmi masa

16:30 8 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər