Sizə həsəd aparıram - Fransada yaşayan azərbaycanlı yazıçı yazır

Sizə həsəd aparıram - Fransada yaşayan azərbaycanlı yazıçı yazır
10 aprel 2021
# 11:22

Kulis.az gündəmi nəzərə alaraq, Fransada yaşayan azərbaycanlı yazıçı Nicat Kazımovun pandemiya ilə bağlı yazısını təqdim edir.

Fransadan baxanda sizə elə paxıllıq edirik ki, sizin restoranlarda dostlarla oturub yeyib-içdiyinizi görəndə. Uzun müddətdir burada hər yer bağlıdır, nə bir kafe, nə bir restoran açıqdır. Üstəgəl burada da açıq havada maska taxmamaq qadağandır, cəriməsi var. Velosiped sürənlərə icazə var idi maskasız, onu da ləğv elədilər. Yaşadığın şəhərdən 20 km kənara da gedə bilməzsən.

Bu ay Fransa tamamən qapanmaya getdi. Prioritet olaraq bu bir aylıq qapanma müddətində millionlarla insanları vaksin etmələridir.

Hamı kimi mən də bezmişəm bu maska söhbətindən. Amma nə edə bilərik? Mənim şəxsi zövqlərim başqalarının həyatından üstün deyil ki? Gedən zamanımızdandır, həyatımızdandır və gəncliyimizdəndir. Amma hamı kimi mən də maskaya yox desəm yaşlı insanların, immuniteti zəyif olan insanların həyatını riskə atmış olmarammı?

Bu bəladan qurtulmaq üçün tək vasitə qadağaların gücləndirilməsi və ölkə əhalisini total vaksin etməkdir. Ona görə Fransanın bu qərarına müsbət yanaşıram.

Çox absurd söhbətlər eşidirəm. Vaksindən hələ də naharat olan azərbaycanlılar həkimə rüşvət verib yalandan adlarını vaksin olunmuşlar siyahısına saldırırlar. Təbii ki, bu şəkildə davam edən insanların sayı çox olduqca hələ uzun müddət maskadan şikayət edəcəksiniz.

Bu bəladan çıxış yolu individual deyil, kollektivdir. Bu kollektiv məsuliyyət təkcə Azərbaycana da aid deyil, bütün dünyaya aiddir. Buna görə rəsmi deyilənlərə əməl etmək lazımdır, əfsus ki, lazımdır. Yoxsa ili ilə satacağıq və hələ də maska ilə oturub duracağıq.

Fransızlar da Makrona qəzəblənirlər, onu tələsdirirlər, iflas edən şirkət rəhbərləri intihara qədər gedir çıxır, yataqxanada qalan tələbələr kütləvi intihar edir. Amma nə edə bilərik, hamımız əziyyət çəkirik və bunun qarşısını da hamımız bərabər almalıyıq. Yenə deyirəm, rəsmi göstərişlərə əməl edib, hamı bir nəfər kimi vaksin olunarsa məsələ bağlanacaq.

Mən həkimə güvənirəm. Ayağımda problem olanda həkimə gedirəm dərman yazır, müalicə edir. Əgər mənim həkimim deyirsə ki, vaksin zərərsizdir mənim ona güvənməkdən başqa yolum yoxdur. Yəqin ki, siz də haranızsa ağrıyanda həkimə gedirsiniz və müalicə olunursunuz, bax bu vaksin məsələsi də aşağı-yuxarı eynidir. Belə məsələdə həkiminizə güvənin.

Maskaya deyil, COVİD-ə yox deyək.

# 3431 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər