Şəhidin ölmədən öncə çəkdiyi videonun tarixçəsi

Şəhidin ölmədən öncə çəkdiyi videonun tarixçəsi
7 dekabr 2020
# 16:02

Kulis.az Anar Şamilin şəhid Şahin Allahyarov haqqında yazdığı "Yaddaş" yazısını təqdim edir.

Hər yer soyuq ağ rəngə bürünmüşdü. Ağacın budaqları külək əsdikcə hərdən silkələnib bir-birilərinin üstündə yuxuya dalmış qar dənələrini oyadaraq yerə atırdı. Günəşin şüaları insanları isitmək əvəzinə qarın üzərində gəzişir, sanki özlərini seyr edirdilər. Bundan küsən insanlar özlərini günəşdən gizlənmək üçün daha qalın və uzun paltarlara bürünmüşdülər. İki şalbanı bir yerə bağlayan elektrik xətlərin üzərinə düzülən sərçələr nəsə anlatmağa çalışırdılar. Həyətdə oynayan balaca uşalardan bəziləri oyunu saxlayaraq təəccüblə məni izləyirdilər. Bəkə də ilk dəfə ağacla insanın sinxron hərkətini görürdülər. Qara düşən bir ayaq, bir dairə izinə baxıb gülümsədilər.

Onlara yaxınlaşdıqdan sonra əsamın üzərinə söykənərək bayaqdan diqqətini ancaq öz işinə ayıran oğlan uşağını seyr etməyə başladım. Şaxta babanı demək olar ki, yekunlaşdırmışdı, son olaraq isə ağacdan ələrini qoydu. Barmaqlarımla əsanı bərk sıxdım. Ürəyimdə əlimin varlığı üçün tanrıya şükr etdim. Uşağın sifət cizgiləri mənə tanış və doğma gəldi. Doğmalıqdan oyanan xatirələr şirin xöşbəxtliklə birgə utanc gətirdi. 6 il əvvəl verilən, lakin indi yerinə yetirilən bir söz vardı. Həyacanlı və ya sinirli anda verilən sözlər kimi mənimki də yerini sakit və kamfortlu anlara verdikdə özünü unutdurdu. Birdə təsadüfən o çəkiliş sosial şəbəkələrdə qarşıma çıxdıqdan sonra utanacımı xatırladım və bir saniyə belə itirmədən bura gəldim. Bütün gücümlə həyacanımı toplayıb ,Şahin, deyə çağırdım. Mənə baxdıqda yanılmadığıma sevindim. Gülümsəyərək yanıma səslədim.

Burnuma toxunan torpağın qoxusu qırmızı payızı xatırlatdı. Deməli, ölməmişdim, barmağımı tərpədərək yağışın soyuqluğunu hiss etdikdə yaşadığıma əmin oldum. Əminlik özlüyündə sevincdən daha böyük qorxu yaratdı. Tanrıya işini sona çatdırmadığına görə deyindim. Hər şeyi mən etmişdim, ona bircə öldürmək qalırdı. İndi ölü bir səssizliyin içində yaşayırdım. Eşidəcəyim bircə səs mənim müəmmalı halıma aydınlıq gətirəcəkdi. Onda bəlkə ayağa qalxmağa qərar verəcəkdim. Qərarsız halda gözümü açıb ətrafa baxmaq istədim. Üzü üstə uzandığımdan təkcə sağ gözümü aça bildim. Yağış damcılarının zərbəsindən döyülərək əldən düşmüş qara torpaq cığır boyu uzanmışdı. Qazılmış böyük bir arxın içində idim. Lap uzaqda mənim kimi uzanmış kölgələr sezilirdi. Məkanımı tam dəqiqləşdirə bilmədiyim üçün havanın qaralmasını gözləmək qərarına gəldim. Günəş şualarının düşməməsi və havanın soyuqluğu səhərin yeni açılmasından xəbər veririrdi. Gicgahımda küt bir ağrı var idi, ayaqlarım isə keyimişdi. Hər nəfəs aldığımda, ağzıma dolan torpaqdan qanın tamı gəlirdi. Yağış rəngini aparsada dadını saxlamışdı. Axşama qədər uzun zaman olduğunu anlayaraq bütün gücümü yaddaşıma vermək qərarına gəldim. Səhnələr sondan əvvələ doğru canlandı. Ayağım daşa ilişərək yıxıldığımda qulağıma gələn fonda səslənən güllə səsləri, arxada isə “hər şey vətən üçün” şüarları qaranlığı işıqlandırıb, gecəni yuxudan oyadırdı. Heç kim yaşamağı fikirləşmirdi. Hər kəs ölmək üçün torpağa və qisasa doğru qaçırdı. Hücum əmri verilməmişdən qabaq hamımıza telefondan istifadə etmək üçün vaxt verdilər.Telefonumu alıb palıd ağacının altında əyləşdim. Ağaclar bəlkədə sonuncu dəfə xoşbəxt anlara şahidlik edirdiər. Barmağımla rəqəmlərin üzərində gəzir, kiminlə və nə danışacağıma qərarsız idim. Bu vaxt can qardaşlarımdan biri, Şahin əlini çiynimə vuraraq bir az kənarda əyləşdi:

- Qurban, bilirsən, mən kimləsə danışmamaq qərarına gəldim. Onların səsini eşidib ölüm qarşısında aciz qalmağımdan qorxuram. Məndən xatirə qalsın deyə video müraciət çəkəcəm. Qayıtsam inşalah siləcəm, əksi olsa, qoy qohumlarıma xatirə qalsın.

Qayıtmağımızın çətin olduğunu anlayaraq, inşallax, yazdığını silmək imkanının olacağını dedim. Əlimdəki telefonu sıxaraq Şahinin titrəyişlə ekrana dediyi sözləri dinlədim.

“30 ildi gözləyirik, mütləq alınmalı, mütləq həll olunmalıdı bu söhbət. Nəsə olmuş eləsə heç vaxt ağlamayun ha, heç vaxt, imkan verin rahat yatım mən, oldumu? Bir də səndən axırıncı dəfə bir şey xahiş edim, nəsə olsa mənə, oğluma mənim adımı qoyarsız, bir də deyərsən ki, ata sizi çox istəyirdi, canından keçəçək qədər çox istəyirdi. Gəlməsəm, bilin ki gələcəkdə bizim uşaqlar bu əziyətə düşməsinlər deyə biz bunu edirik. Anam, atam qurban sizə, mən istəmişəm mənimlə həmişə fəxr edəsiz, ona görə həmişə başınızı dik saxlayın, ağlamayın. Çünki başınız dik olsun deyə gedirəm, başa düşürsüz. Sizin verdiyiniz qeyrət, namus mənə imkan verməz ki döyüşdən qaçım. Siz bir də bilin ki, Şahin haqq yolunda gedir, sizi qorumağa gedir. Atam, anam olara atasızlığı yaşatmayın, elə bilin ki, Şahin var orda ”.

Bu cümlələr ömürlük yaddaşıma həkk edilərək daim xatirələrimdə Şahinin portreti olacaqdı. O, telefonunu söndürdükdə mən hələ də qərarsız halda göz yaşımı içimə axıdaraq Şahini süzdüm. Tanrıdan o videonu birgə silməyimizi arzu etdim. Telefonu qaytarmaq vaxtı yaxınlaşırdı, mən hələ heç kimlə danışmamışdım. Mülküdə yolumu gözləyən və danışa bilcəyim üç adam vardı. Anam uşaqlığımdan bəri şəkər xəstələyindən əziyyət çəkirdi. Hələ uşaqkən yadımdadır qardaşım əsgərlikdə olan zaman onuna danışarkən həftələrlə özünə gəlmirdi. Həmdə onunla danışsam, uşaqlığım vətən sevgimə üstün gələcəkdi. Anam əlil arabasında olan qardaşımın daim yanında olduğundan qardaşımı yığsam anamla danışmış sayılacaqdım. Birdə qardaşım qazi idi, özü bu yolları keçmişdi. Zarafatla olsa belə döyüşdən qorxub zəng etdiyimə işarə edəcəkdi. Geridə bircə Nübar qalmışdı. Dərhal onu yığdım, nömrəsinə zəng çatmadı. Son kəs səni delilər kimi sevirəm sözlərini eşitmək şansını bəkə də birədəflik itirmişdim. Nübar məktəb illərindən bəri ürəyimin yarı sahibi idi. Bu pay bölgüsündən ikimizdən başqa heç kimin xəbəri yox idi. Bu il məzuniyyət dövründə anamı elçilik üçün göndərəcəkdim ki, nişanımız olsun. Bir anlıq mən də Şahin kimi ancaq Nübar üçün video müraciət qeyd etmək fikrinə düşdüm. Lakin bu fikirdən çəkindim. Nübarın yaşamaq şansı mənim qədər riskli deyil, onun adının əri ola bilməyəck biri ilə çəkilməsi, gələcəyinə mənfi təsir edəcəkdi. Mənsiz gələcək həyatını qurmaq şansına müdaxilə etmək istəməzdim. Komandirin, telefonları yığın, hücuma keçirik, cümləsi məni əziyyətdən qurtarmış oldu. Qayıtmaq ümidi ilə telefonu təhvil verdim.

Telefonlar paylanmamışdan qabaq Şahinlə bir-birimizə söz vermişdik ki, əgər birimiz vəfat etsək digərimiz onun xatirələrini ailəsinə, övladlarına danışacaq,onların qayğısına qalacaqdı. İndi mən harda, Şahin harda? Mən düşmən tərəfində, əsirlikdə yoxsa öz ərazimizdəyəm? Suallar, aclıq və yorğunluq məni günəşə düşmən, axşama duaçı etmişdi. Havanın qaralması ilə günəşin istisindən həzz alan torpaq sinəsində gizlətdiyi gölməçələrin soyuq sığalının əsirinə çevrilmişdi. Mən isə xatirələrin əsirində idim. Utnanclı anlar daşa ilişərək yıxıdığımdan başlayırdı. Döyüşün ən qızğın anında can qardaşlarımı, mübarizləri tək qoyub, burda uzanmışdım. Öndə getmək mənim boynuma düşərdi, çünki uşaqlıq illərim bu əraziləri atamla gəzməkdə keçmişdi. Ayağıma ilişən daşın belə yanından bəlkədə bir neçə dəfə keçmişdim. Əvvəllər üzərindən dəfələrlə adlamağıma rəğmən bu gün məni yıxmışdı. Lakin içində uzandığım arx və üzərinə hücum etdiyim insanlar daş qədər tanış deyildi. Doğma torpağımı tərk edəndə 6 yaşım vardı. Atamdan başqa bütün ailəm sübh tezdən meşəylə yaşadıqaları evi tərk etmişdilər. Evdən çıxarkən atam bizə çatacağına söz vermişdi. Anamın qucağında bacım, öndə isə məndən böyük olan qardaşım digər insanlarla birlikdə qarın üzərində şərq istiqamətində iz qoyaraq gedirdilər. Bakıya çatdıqda atalamın bəzən sözünü tutmadığını anladım. Bacım isə bir müddət sonra sətəlcəmdən öldü.

“Şəhid olub” cümləsini və ayaq tappıtılarını eşitdikdə hava qaralmışdı. Bir az sonra ağ xalatlı insanların mənə doğru gəldiyini gördüm. Öndə gələn əyilib hərbçilərin yaşayıb yaşamadığını deyirdi, digərlərinin isə əlində xərək vardı. Eşitdiyim “şəhid” sözü mənə rahatlıq gətirdi, gələnlər bizimkilər idi.Onlar yaxınlaşana qədər ayağa qalxmağa çalışdım, lakin ayağımın biri tamami ilə keyimişdi, onu tərpədə bilmədiyimdən yenidən palçığa yıxıldım. Bir müddət sonra igidlərimizdən biri, sağdı - deyərək, öndə gələn əlini çiynimə qoyaraq, hər şey yaxşıdı, qardaş, qalib ordunun qazisi kimi evinə qayıdacaqsan, sözlərini dedi. “Mənim evim buradır” - sözlərini dedikdə artıq iki nəfər məni xərəyə qoyurdu.

Ps: Şahinin dilindən səslənən dırnaq arasındakı cümlələr Şəhid Şahin Allahyarovun internetdə yerləşdirilən video müraciətindən götürülmüşdür. Ruhu qarşısında baş əyirəm.

# 2805 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #