Saytlarda “tələf olan” insanlar – Teymur Mahmudov yazır...

Saytlarda “tələf olan” insanlar – Teymur Mahmudov yazır...
17 dekabr 2019
# 17:20

O gün saytlardan birinin verdiyi xəbərdə oxuyuram ki, daşqınlar zamanı iki nəfər yerli sakin tələf oldu.

Əslində, xalqın düşüncəsində həlak olmaq, ölmək və tələf olmaqla bağlı fərqli bir nüans var. Tələf olmaq, ziyanlıq mənasındadır bir qədər.

Yəni heyvanın tələf olması belə demək mümkünsə, kiminsə malı, sərvəti olması anlamındadır.

Deyək ki, sel gəldi, meşədə yaşayan heyvanlar, dovşanlar, tısbağalar, tülkülər qırıldı, öldü. Amma orda bir kəndlinin qoyunları da varsa, onlar tələf oldular. Çünki qoyunların adı üstündədir. Kəndlinindir. Onun ziyana uğrayan malıdır, dövlətidir.

Amma tutaq ki, qoyunların yanında kəndlinin “Bozdar” adlı iti varsa o, ölür. “Bozdar” kəndlinin iti də olsa, tələf olmur.

Fərq nədəndir?

Bozdar ilə insan, yəni çoban və ya kəndli arasında bir duyğusal bağlantı var. Ona görə, ona ad qoyulub, xüsusidir, özəldir – “Bozdar”.

O, sadəcə it deyil, həm də “Bozdar”dır.

Qoyun tələf olur, amma “Bozdar” ölür.

Daha sonra...

Əgər qoyunlar canavar tərəfindən hücuma məruz qalıblarsa və canavar kəndli tərəfindən tüfənglə vurulursa o da tələf olmur, ölür .

Çünki ,onun ölümü kimsəyə zərər vermir ,hətta bütün kəndə xeyri də var.

Uşaqlıq illərimizin bir hissəsi kənddə keçdi, dostlar. Məktəb tətili günləri.

Eşidərdin, sahədə birinin heyvanı, inəyi yıxılıb canıyla əlləşir. Və ya keçilərdən biri buynuzlaşanda ağır yaralanırdı.

Öləsidirsə, vaxt itirmədən kəsərdilər. "Tələf olmasın" deyə. Çünki ölü heyvanın əti yeyilməz. Ölmədən kəsilirdisə, yeyilirdi. O zaman tələf olmuş sayılmırdı.

Yəni insan da belədir. O, ölür, tələf olmur. Tələf olması üçün gərək kiminsə malı olsun. Quldarlıq dövrü olsaydı, bəlkə, “tələf oldu” deyə bilərdik.

İndi hardadır o qədim Romanın, Ərəbistanın zəngin və qəddar ağaları?! “O gün 30 köləmi sel apardı” deyən, iri dişli kişiləri!

Bizim sahibimiz varmı?

Qeyb olmağımız, kimə, hansı "maddi" ziyanı vurur?!

Yazılarımızda, danışığımızda gərək ölçülü olaq, diqqətli olaq!

Bu, insana daha çox tərəfdar qazandırır.

İnsanlar o zaman səni daha diqqətlə dinləyər, ciddiyə alar, cani dildən maddi və mənəvi dəstək olarlar.

Bunu heç unutmayın.

# 4935 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov”  adlı elektron məlumat bazası hazırlandı

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov” adlı elektron məlumat bazası hazırlandı

18:30 12 oktyabr 2026
Fransada oğurlanmış iki əsər tapıldı

Fransada oğurlanmış iki əsər tapıldı

18:00 12 oktyabr 2026
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

17:30 12 oktyabr 2026
Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

17:15 12 oktyabr 2026
Gül Mery:  "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

Gül Mery: "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

16:45 12 oktyabr 2026
Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

16:30 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər