Şairimiz Özbəkistanda qalib oldu - Ölümündən sonra

Şairimiz Özbəkistanda qalib oldu - Ölümündən sonra
22 yanvar 2021
# 09:59

2020-ci ilin fevral ayında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) elan etdiyi “Qarabağ - Azərbaycan mədəniyyətinin beşiyi” adlı mədəniyyət layihəsi çərçivəsində “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsi başa çatıb.

Azərbaycan və Özbəkistandan müsabiqəyə təqdim olunan şeirlərin müəlliflərinə AMM-in fəxri diplomları, pul mükafatları təqdim ediləcək.

Müsabiqəyə əsasən Azərbaycan və Özbəkistan ədəbiyyatının nümayəndələrinin Vətənə və torpağa məhəbbət, Azərbaycan mədəniyyətinin mərkəzi olan Qarabağın tarixi, abidələri, Azərbaycan xalqının Qarabağda yaratdığı böyük mədəniyyət, adət-ənənələr, tanınmış qarabağlılar, ədəbiyyatımıza və muğam sənətinə bölgənin verdiyi töhfələr, Qarabağın gözəl və füsunkar təbiəti, Vətən torpaqlarının azadlığı, zülmə və həsrətə son, çiçəklənən Azərbaycan, həqiqətin zəfərinə və işıqlı gələcəyə inam mövzularını əhatə edən əsərlərə, şeirlərə, poemalara üstünlük verilib. Müsabiqənin birinci mükafatı Azərbaycanın İsmayıllı rayonunun Diyallı kəndinin müəllimi, şair Oktay İsmayıllının (ölümündən sonra) "Mələklərin soyqırımı" və Özbəkistanın "Kitab dünyası" qəzetinin baş redaktoru, şairə, tərcüməçi Xasiyyət Rüstəmin "Adı Lalə idi o qızın" poemalarına verilib.

Müsabiqənin qalibləri adına Azərbaycanın gənc şairi Tural Turan və özbəkistanlı şairə, tərcüməçi Qulzira Sharipova layiq görülüb. Müsabiqənin digər qalibləri Azərbaycandan Prezident mükafatçıları, şair İbrahim Yusifov və “525-ci qəzet” və “Bütöv Azərbaycan” qəzetlərinin əməkdaşı Mina Rəşid, Özbəkistan tərəfindən isə Yazıçılar Birliyinin üzvü Faroqat Xudoyqulova, dosent, Özbəkistan Yazıçılar Birliyinin üzvü Athambek Alimbekov, şairə, tərcüməçi Dilorom Murotova və Uktamoy Xaldarova olub. Bundan başqa, müsabiqənin xüsusi mükafatçıları da seçiliblər. Azərbaycandan şairlər Fərid Hüseynə və Şahməmməd Dağlaroğluna xüsusi mükafat təqdim olunacaq. Mərkəz müsabiqə çərçivəsində hər iki ölkənin şairlərinin və həvəskar şeirsevərlərin Qarabağa həsr etdikləri ən maraqlı və gözəl şeirlərinin, poemalarının toplu halında nəşrini də planlaşdırıb.

AMM-in direktoru Samir Abbasov bildirib ki, müsabiqə 44 günlük Vətən müharibəsindən öncə elan edilib. Bu səbəbdən də təqdim olunan şeirlərdə daha çox Qarabağın təbiəti, Azərbaycan xalqının Qarabağda yaratdığı mədəniyyət, ədəbiyyat, xalqımızın məruz qaldığı təcavüz və işğal faktı öz əksini tapıb. O bu il Azərbaycanın apardığı Vətən müharibəsi, əldə etdiyi zəfər və xalqımızın yazdığı qəhrəmanlıq salnaməsi ilə bağlı da şeir müsabiqəsinin elan ediləcəyini bildirib. /azertag.az/

# 3398 dəfə oxunub

Oxşar xəbərlər

Dövlət Uşaq Filarmoniyasında Novruz festivalı

Dövlət Uşaq Filarmoniyasında Novruz festivalı

18:00 10 mart 2026
Muğam Mərkəzində Novruz bayramına həsr olunmuş konsert proqramı təqdim olunacaq

Muğam Mərkəzində Novruz bayramına həsr olunmuş konsert proqramı təqdim olunacaq

17:30 10 mart 2026
Medianın İnkişafı Agentliyi bəyanat yaydı

Medianın İnkişafı Agentliyi bəyanat yaydı

17:00 10 mart 2026
“Aktrisa heç bir yerini şişirtməli deyil” – Gülşad Baxşıyeva ilə müsahibə

“Aktrisa heç bir yerini şişirtməli deyil” – Gülşad Baxşıyeva ilə müsahibə

16:02 10 mart 2026
Romantizmin üsyankar nəzəriyyəçisi - O, Avropanın gələcəyini necə təsəvvür edirdi?

Romantizmin üsyankar nəzəriyyəçisi - O, Avropanın gələcəyini necə təsəvvür edirdi?

16:00 10 mart 2026
“CHARACTERS 2026”  pyes müsabiqəsi qaliblərinin adı açıqlandı

“CHARACTERS 2026” pyes müsabiqəsi qaliblərinin adı açıqlandı

15:30 10 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər