Sabir Rütəmxanlı Yaqub Zurufçudan danışdı: “O, qorxmurdu!”

Sabir Rütəmxanlı Yaqub Zurufçudan danışdı: “O, qorxmurdu!”
15 sentyabr 2021
# 12:30

“Koronavirus xəstəliyi çox dəyərli, qiymətli adamlarımızı aparmağa davam edir. Təbii ki, bütün bu ölümlər ağırdır, amma görkəmli sənətkarımız Yaqub Zurufçunun ölümü mənə daha çox təsir elədi”.

Bu sözləri Kulis.az-a açıqlamasında Sabir rüstəmxanlı söyləyib. O, daha sonra əlavə edib:

“Yaqub Zurufçu bölünmüş Azərbaycanı ürəyində bütöv yaşadan insanlardan idi. Öz sənəti ilə iki tərəfin arasında körpü salmaq, mənəvi Xudafərin olmaq istəyən adamlardan biri idi. Onun bir ayağı Güneydə, bir ayağı burda idi, xaricdə olanda belə Azərbaycanın bu ağrısını bütün dünyaya çatdırmağa çalışan bir sənətkar idi və ayrılığın nə qədər ağrılı olduğunu dünya azərbaycanlılarına Yaqub Zurufçudan daha yaxşı, daha təsirli çatdıran olmamışdı.

Son dərəcə səmimi adam idi, bizim Dünya Azərbaycanlıları Konqresinin işində də yaxından iştirak edirdi, nə vaxt dəvət eləsək, məclislərə gəlirdi. Aramızda çox gözəl münasibət var idi, dəfələrlə onun konsertlərində iştirak eləmişdim. Sevinirəm ki, ona layiq olduğu dəyəri verdilər. Onun yolu Rəşid Behbudovun sənət yoluna bənzəyirdi. Rəşid Behbudov xalq mahnılarını necə özünəməxsus şəkildə oxuyurdusa, Bülbül necə oxuyurdusa, Yaqub Zurufçu da öz dəsti-xətti ilə çox təsirli oxuyurdu”.

Sabir müəllim söhbətində yaxın tariximizi də yada saldı:

“O vaxt Sovet rejiminə və hakimiyyətimizin maymaqlığına qarşı insanlar ayağa qalxmışdı, Meydan Hərəkatı başlamışdı, hər kəs meydanda idi. Türkiyədən, Güneydən, bizə dost münasibətdə olan digər respublikalardan - Özbəkistandan, Tatarıstandan, Krımdan gələnlər vardı. Onların çoxu irəli çıxıb öz sözünü deməyə çəkinirdi, amma Yaqub Zurufçu çıxmışdı, öz sözünü demişdi, öz səsiylə, sənətiylə xalqın yanında olduğunu göstərmişdi.

Sabir müəllim mərhum müğənnini xalqa yazın sənətkar saydığını qeyd etdi:

“Elə sənət adamları var ki, onların tale yolu xalqın azadlıq yoluyla, xalqın idealları ilə üst-üstə düşmür, bəzən hətta ziddiyyətli olur, amma Yaqub Zurufçunun tale yolu Azərbaycanın milli azadlıq, bütövlük yolu ilə yanaşı, paralel idi, buna görə də ona xüsusi rəğbət var.

Məkanı cənnət olsun. Allah ailəsinə də, onu sevənlərə də səbr versin. Həm Güneydəki, həm burdakı soydaşlarımızın başı sağ olsun”.

# 3100 dəfə oxunub

Oxşar xəbərlər

“Sözün Baharı” tərcümə dəstək layihəsi həyata keçiriləcək

“Sözün Baharı” tərcümə dəstək layihəsi həyata keçiriləcək

14:18 6 noyabr 2026
Laçında Zəfər Gününə həsr olunmuş konsert keçirildi - FOTO

Laçında Zəfər Gününə həsr olunmuş konsert keçirildi - FOTO

14:11 6 noyabr 2026
“The Professor and the Madman”  romanının müəllifi vəfat etdi

“The Professor and the Madman” romanının müəllifi vəfat etdi

13:28 6 noyabr 2026
"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər