Rəşad Məcidin gürcü dilində kitabı çıxdı

Rəşad Məcidin gürcü dilində kitabı çıxdı
26 may 2021
# 13:45

Şair-publisist Rəşad Məcidin gürcü dilində şeirlər toplusu işıq üzü görüb.

Kulis.azın verdiyi xəbərə görə, "İverion" nəşriyyatında çap edilən kitab "Tbilisi yağışı" adlanır.

Kitabı orijinaldan gürcü dilinə tanınmış azərbaycanlı yazar-tərcüməçi İmir Məmmədli çevirib.

İmir Məmmədli həm də kitabın ön söz müəllifidir. O, R.Məcidi gürcüdilli oxuculara belə təqdim edir:

“Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi - şair, nasir və publisist Rəşad Məcid çoxlu kitab müəllifidir. Onun şeirləri və hekayələri dünyanın bir çox dilinə tərcümə edilib. Bu əsərlərdə əsas cəhət yeni deyim tərzi və müasir aləmin nəbzinə uyğun intonasiyadır...”

Xatırladaq ki, “Tbilisi nəğmələri” müəllifin xaricdə (İtaliya, Turkiyə, Gürcüstan) çıxan üçüncü kitabıdır. Ümumilikdə isə 10-dan çox şeir kitabı nəşr edilib.

No description available.

# 2232 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər