Roza Zərgərlinin bələdiyyə seçilən oğulluğu: "Zibillikdən yemək yeyib qaytarırdım"

Roza Zərgərlinin bələdiyyə seçilən oğulluğu: "Zibillikdən yemək yeyib qaytarırdım"
24 dekabr 2019
# 16:14

"Anam xəstədi, yeməkləri zibillikdən yığıb gətirir, yeyirəm ki, pis olmasın. Amma gedəndən sonra qaytarıram"

Kulis.az xəbər verir ki, aktyor Rza Rzayevin iddiasına görə, bu sözləri "Dolu" filmində uşaq rolunu oynayan Corc Qafarov deyib:

"Dostlar, məcbur oldum yazdım. Corc, bağışla məni... "Dolu" filminin çəkilişləri zamanı bir neçə səhnədə hamı ağlamışdı, amma məni daha çox ağladan Corc oldu. Corc da “Dolu” filmində çəkilirdi, uşaq idi. Çəkiliş olmayan günü yaradıcı heyət ilə birlikdə çay içirdik, aktyorlardan biri söhbət əsnasında Corca sual etdi :

"Anan sağdır, gəlir sizi görməyə?" Corc dedi, "hə, yemək də gətirir, bizi yedirdir, amma gedəndən sonra hamısını qaytarıram. Çünki, anam xəstədir, yeməkləri zibillikdən yığıb gətirir. Onun yanında yeyirəm ki, pis olmasın".

Qeyd edək ki, "Dolu" filmində "Drakon" obrazında çəkilən Rza Rzayevin danışdığı bu xatirə Corcun Roza Zərgərli tərəfindən oğulluğa götürülməsindən əvvəl baş verib. Ötən gün keçirilən bələdiyyə seçkilərində Corc Qafarov Qaraçuxur ərazisindən bələdiyyəyə üzv seçilib.

Gallery

# 10239 dəfə oxunub

Oxşar xəbərlər

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

18:44 12 noyabr 2026
"Qərb-Şərq divanı – Göte və Mövlana"  adlı konsert proqramı təqdim olunacaq

"Qərb-Şərq divanı – Göte və Mövlana" adlı konsert proqramı təqdim olunacaq

18:43 12 noyabr 2026
Mişel Uelbek  haqqında cinayət işi açıldı – Təfərrüatlar

Mişel Uelbek haqqında cinayət işi açıldı – Təfərrüatlar

18:05 12 noyabr 2026
Kriştiano Ronaldonun studiyası  ilk serial layihəsinin çəkilişlərinə başladı

Kriştiano Ronaldonun studiyası ilk serial layihəsinin çəkilişlərinə başladı

17:32 12 noyabr 2026
Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

17:04 12 noyabr 2026
"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

16:37 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər