Rasim Balayev: “Övladlarımı evə buraxmıram”

Rasim Balayev: “Övladlarımı evə buraxmıram”
3 aprel 2020
# 17:16

“İndiyə qədər bu virusun dərmanı tapılmayıb. Məsuliyyətsiz şəkildə küçələrə axışan adamlar nəyə güvənib belə başısoyuqluq edirlər, bilmirəm.”

Bu sözləri Xalq artisti Rasim Balayev Kulis.az-a açıqlamasında bildirib. Karantin günlərinin yaşam tərzində ciddi dəyişikliyə səbəb olmadığını deyən Xalq artisti bu həyat tərzinə alışdığını bildirib:

“Heç kimi evə buraxmıram. Övladlarım ərzaq və lazım olan şeyləri alıb gətirib qapının ağzına qoyub gedirlər. Gigiyena qaydalarına əməl edirəm. Bildiyiniz kimi, bir müddət əvvəl ağır əməliyyat keçirtmişdim. Həkimlərin ciddi nəzarəti altında olduğum üçün evdən çölə çıxmırdım. Ailə üzvlərim xaricində heç kimlə təmasda olmurdum. Ona görə də mən karantin günlərinin fərqini sizlər qədər hiss etmirəm. Düzdür, çətindir, xüsusilə gənclər üçün evə qapanıb qalmaq dözülməz ola bilər. Amma özümüzün və əzizlərimizin yaşaması üçün buna məcburuq.”

Xalq artisti həmçinin bu günləri insanların özləri ilə hesablaşmaq üçün fürsət kimi dəyərləndirir:

“Bu günləri yaxşı dəyərləndirmək lazımdır. Neçə illərdir insanlar vaxt azlığını bəhanə edib kitab oxumur. İndi bol vaxtımız yaranıb. Bu günləri kitab oxumaqla, filmlərə baxmaqla dəyərləndirmək olar. Mənə elə gəlir, insan bir az da oturub özü ilə hesablaşmalıdır bu günlərdə. Papağını qabağına qoyub düşünməlidir. Mən necə insan olmuşam. Atama, anama, yaxınlarıma, dostuma, tanışıma nə xeyrim dəyib. Hansı səhvləri etmişəm. Bu, həm də onu göstərir ki, biz bəzi şeylərin qədrini bilməmişik”.

Ölkəmizdə görülən tədbirləri dəstəklədiyini bildirən Rasim Balayev insanları bu günlərdə daha məsuliyyətli olmağa və evdə qalmağa çağırır:

“72 yaşım var, belə bir vəziyyət görməmişdim. Dünyanı lərzəyə salan hadisə baş verir. Tarix yaşayırıq. Yer üzündə həyat sönüb. Ölkələrin bir-biri ilə, hətta ölkəmizin ətraf rayonlarla əlaqəsi kəsilib. Bu dövrü adlamaq üçün görülən bütün tədbirləri qiymətləndirmək və dəstəkləmək lazımdır. Təəssüflər olsun ki, bir çox insanlar bu qaydalara əməl etmək istəmir. Narazı qalanlara da rast gəlmək olur. Polislərimiz, həkimlərimiz səfərbər olub bizim üçün. Polis küçələrdə gəzən insanları saxlayıb sorğu-sual etmək istəyir, baxırsan ki, heç ona məhəl qoymaq istəmirlər. Bu bəlaya dırnaqarası baxanlar başa düşmək istəmirlər ki, onlar bu hərəkətləri ilə təkcə özlərinin yox, başqalarının da həyatlarını təhlükəyə atırlar. İndiyə qədər bu virusun dərmanı tapılmayıb, küçələrə axışan məsuliyyətsiz adamlar nəyə güvənib belə başısoyuqluq edirlər, bilmirəm. Bu saat koronavirusdan qorunmağın və həyatda qalmağın yeganə yolu evdə qalmaqdır. Biz bu gün hökumətin verdiyi qərara, qoyduğu qanuna riayət etməliyik. Qaydalara riayət etməyən ölkələri gördük. İtaliya, İspaniya, ABŞ bu gün ölümlərin qarşısını ala bilmir. Mən İtaliyada olmuşam, bilirəm ki, onlar sözə baxan, evdə oturan xalq deyil. Onlar heç evdə yemək də yemirlər, yatandan yatana evə gələn bir xalqı birdən-birə evə yığmaq çox çətin oldu. Ona görə, ən çox zərbə alan ölkələrdən biri İtaliyadır. Biz bundan nəticə çıxartmalıyıq.”

# 14283 dəfə oxunub

Oxşar xəbərlər

Qədim yaşayış məskənində mozaika döşəməli tikili tapıldı

Qədim yaşayış məskənində mozaika döşəməli tikili tapıldı

19:00 20 oktyabr 2026
Milli Kitabxanada Zəngilan Şəhəri Gününə  həsr olunmuş sərgi açıldı

Milli Kitabxanada Zəngilan Şəhəri Gününə həsr olunmuş sərgi açıldı

18:30 20 oktyabr 2026
Leyla Əliyeva   Milli Türkmən Xalçası Muzeyini ziyarət etdi

Leyla Əliyeva Milli Türkmən Xalçası Muzeyini ziyarət etdi

18:27 20 oktyabr 2026
Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açıldı

Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açıldı

18:24 20 oktyabr 2026
Türkiyədə  uzunmetrajlı filmlərin istehsalına ayrılan dəstək 42 faiz artırıldı

Türkiyədə uzunmetrajlı filmlərin istehsalına ayrılan dəstək 42 faiz artırıldı

18:00 20 oktyabr 2026
İlyas Əfəndiyevin  xatirəsi Bakı teatrlarının səhnələrində yad ediləcək

İlyas Əfəndiyevin xatirəsi Bakı teatrlarının səhnələrində yad ediləcək

17:30 20 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər