Ramiz Rövşən Qubadlıdan danışdı: "Belə tez alınacağını gözləmirdim” 

Ramiz Rövşən Qubadlıdan danışdı: "Belə tez alınacağını gözləmirdim” 
26 oktyabr 2020
# 10:30

“İşğaldan azad olunan bütün torpaqlar bizim üçün əzizdir. Qubadlının da azad olunması təkcə qubadlıların bayramı deyil.”

Bu sözləri Asan Radioya müsahibəsində əslən Qubadlıdan olan Xalq şairi Ramiz Rövşən söyləyib. O, daha sonra əlavə edib:

“Amma elə bilirəm ki, o torpaqlarda əzizlərinin məzarı olan insanlar üçün o torpaqların azad olunması başqa bir sevincdir. Bu həm də bir təskinlikdir ki o yerləri görəcəklər. Bu gün təkcə o torpaqlarda uyuyan ata-babaların ruhları sevinmir, həm də o torpaqlar uğrunda canını fəda edən şəhidlərimizin, o cümlədən Əliyar Əliyevin, Qubadlı uğrunda döyüşlərdə şəhid olan Milli Qəhrəman Şükür Həmidovun da ruhu sevinir.

Şair daha sonra xəbəri gözləməsindən söz açıb:

“Xəbəri gözləyirdim. Avqustun 31-i Qubadlının işğal olunmasının 27-ci il dönümündə İctimai Televiziyada danışdım və dedim ki, inanıram Qubadlıya dönəcəyimə. Amma belə tez olacağını gözləmirdim. Bu gün Azərbaycan ordusunun sürəti bizim arzularımızın sürətindən daha itidir. Bu bir xalq, millət kimi bizim böyük xoşbəxtliyimizdir.”

R.Rövşən müsahibəsinə bu sözlərlə son verib:

“Çox insan o torpaqların həsrəti ilə dünyadan köç etdilər. Nə yaxşı ki, bizim nəsildən o torpaqları həsrətlə gözləyən yaşlı insanlardan həyatda qalanı var və o yerləri yenidən görəcək. Onlardan biri də mənəm. Mən Bakıda doğulmağıma baxmayaraq hər il yay tətillərində Qubadlıya gedirdim. Qubadlı deyəndə ilk ağlıma gələn Bərgüşad çayı və Sərt dağıdır. O dağın başından baxanda Şuşa görünür. Mən əminəm ki, biz tezliklə yenidən o dağın başından Şuşaya, Şuşadan da Sərt dağına baxacağıq. Mən də nəvələrimi yaydan-yaya yox, ilin bütün fəsillərində Qubadlıya aparacağam.”

# 3980 dəfə oxunub

Oxşar xəbərlər

“Humay və sehrli Huma quşu”  kitabının Daşkənddə təqdimatı keçirildi

“Humay və sehrli Huma quşu” kitabının Daşkənddə təqdimatı keçirildi

11:59 7 noyabr 2026
Spotify səsli kitab kataloqunu istifadəyə verdi - 350 mindən çox ingilisdilli əsər

Spotify səsli kitab kataloqunu istifadəyə verdi - 350 mindən çox ingilisdilli əsər

10:12 7 noyabr 2026
Tbilisidə Zəfər Günü  qeyd olundu

Tbilisidə Zəfər Günü qeyd olundu

09:39 7 noyabr 2026
AzTV-nin 100 illiyi münasibətilə nəşr olunan ensiklopediyanın təqdimat mərasimi keçirildi

AzTV-nin 100 illiyi münasibətilə nəşr olunan ensiklopediyanın təqdimat mərasimi keçirildi

09:28 7 noyabr 2026
"Royal Society of Literature Pioneer Prize"  mükafatının qalibi açıqlandı

"Royal Society of Literature Pioneer Prize" mükafatının qalibi açıqlandı

18:46 6 noyabr 2026
Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

18:24 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər