Qara Qarayevin "Yeddi gözəl"i Moskvada nümayiş olunacaq

Qara Qarayevin "Yeddi gözəl"i Moskvada nümayiş olunacaq
28 yanvar 2021
# 18:43

Fevralın 9-da Moskva Quberniya Teatrında dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baleti nümayiş etdiriləcək.

Mədəniyyət Nazirliyindən APA-ya verilnə məlumata görə, “Rus baleti” Dövlət Teatrının ifasında təqdim ediləcək tamaşa müəllifin anadan olmasının 103-cü ildönümümə həsr olunub.

Bəstəkarın Azərbaycan ədəbiyyatının ən nəhəng simalarından olan Nizami Gəncəvinin "Yeddi gözəl" poemasının motivləri əsasında yazdığı əsərin növbəti nümayişi isə dahi şairin 880 illiyi münasibətilə 30 martda keçiriləcək.

Qeyd edək ki, 2018-ci ildə Qara Qarayevin 100 illik yubileyi münasibətilə Moskvada məşhur balet ustası, SSRİ Xalq artisti Vyaçeslav Qordeyevin rəhbərlik etdiyi “Rus baleti” Dövlət Teatrının ifasında “Yeddi gözəl” nümayiş olunmuşdu. Tamaşanın yeni redaksiyasını görkəmli baletmeysterlər, Azərbaycanın xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədova məxsus quruluş əsasında Əməkdar artist Vitali Axundov hazırlayıb.

Qara Qarayevin "Yeddi gözəl" baletinin premyerası 1952-ci ildə olub və ötən illərdə əsər bir çox məşhur teatr səhnələrində təqdim edilib. Bu əsərlə Azərbaycan balet sənətində yeni musiqi dramaturgiyasının əsası qoyulub. "Yeddi gözəl" ölkəmizdə balet janrının inkişafında mühüm rol oynamaqla bərabər, həmçinin Azərbaycan klassik musiqisində yeni mərhələ təşkil edir.

# 3481 dəfə oxunub

Oxşar xəbərlər

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

17:22 7 noyabr 2026
"8 Noyabr – Zəfər Günü"  - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

"8 Noyabr – Zəfər Günü" - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

15:02 7 noyabr 2026
"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell

"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell

14:27 7 noyabr 2026
Cümhuriyyətin ilk illərində  “Kişilər dünyasında bir qadın yazar"  - Cahit Uçuk kim idi?

Cümhuriyyətin ilk illərində “Kişilər dünyasında bir qadın yazar" - Cahit Uçuk kim idi?

13:39 7 noyabr 2026
Rusiyanın Xalq artisti vəfat etdi

Rusiyanın Xalq artisti vəfat etdi

13:18 7 noyabr 2026
Türk sultanına aid  nadir tarixi çamadan sərgilənəcək

Türk sultanına aid nadir tarixi çamadan sərgilənəcək

13:01 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər