Qadının istədiyi, kişinin istəmədiyi...

Qadının istədiyi, kişinin istəmədiyi...
16 aprel 2020
# 15:49

Əvvəla, deyim ki, “Qadınlar nə istəyir?” sualı 50 faiz nisbətində xətalıdır. Çünki onlar məhdud nə isə istəmir. Hətta bu sualı sizə ünvanlayan qadınla azacıq münasibətdə olsanız, eyni qənaətə gələcəksiniz. Qəti sual yalnız qəti qərarlar üçün keçərlidir. Lakin yuxarıda qeyd etdiyim sual qadın beyninin işləmə mexanizmi ilə tərs mütənasibdir. Əgər yanlış suala doğru cavab tapa bilmirsinizsə, bu, qadınların mürəkkəb canlı olması anlamına gəlmir. Deməli, qadınlar qeyri-müəyyən varlıqlardır? Aha, düzgün tapdınız. Məsələ bir az fərqli aspektdən təhlil edildikdə, görürük ki, qadınlar tənliyin "x" arqumentidir. Daha da maraqlısı testi hazırlayanın elə həmin "x" olmasıdır. Bu halda testin həll olunma yolunu tapmaq sizin öhdənizə düşür – bəylər.

Əlbəttə, "x" arqumenti yerində nəyin olması əməlli-başlı müəmmadır. Doğru cavabı tapmaq çox çətindir. Mümkünsüz deyil ha, çətindir. Bəs nə üçün həyatın istənilən sahəsində uğurlu olan kişilər sevgi münasibətlərində uğursuzluğa düçar olurlar?

Ancaq mən də kişi cinsinin nümayəndəsi olduğumdan durub yekəxana cavablar yazmağımın yeri yoxdur.

Siz insani emosiyaları kapitalist sisteminin parçası, yaxud siyasi strategiyaların bir qismi kimi anladıqda, əlbəttə, heç bir qadınla uğurlu əlaqə yarada bilməzsiniz. Çünki öz aləmində “ən sərt” xanım da, ərköyün gəlinciyini sığallamağı bacaran kişiyə ehtiyac duyur. Bəli, romantika, sevgi və s. yox, birbaşa bacarıqlı kişiyə! Burada kişi faktoru bir çox nəticəni dəyişir. Çünki biz hansısa ruhaniyyətə dair sevgidən danışmırıq. Nə də olsa, romantika – kişi və qadınsız təsəvvür edilməyən qavramdır.

Deməli, romantik situasiya o zaman pozulur ki, tərəflərdən biri öz cinsi və psixoloji durumunda nataraz vəziyyətə düşsün. Sırf belə pozuntunun yaşanması qarşı cinslə də uyğunsuzluğa gətirib çıxarır. Bəs nəticə? Əşi, özünüz bilmirsiniz? Axırı ərgən statuslara qədər gedib çıxır ki, guya bunlar daha yaxşısına layiq imiş. Təməl səbəb isə başqadır. Belə şablon cümlələri tərcümə etdikdə ortaya fərqli mənalar çıxır. Necə?

Burada mən sizin üçün "google translate" rolunu oynayıram;

1. Cümlə - “Sən daha yaxşısına layiqsən” - Məna - "Mən daha yaxşısına layiqəm. Səndən gözləntilərimi doğrultmadığın üçün mənafeyimi təmin etməkdə seçdiyim yolun yanlışlığını anladım. Daha çox zaman israfına yol açmadan gəl, ayrılaq".

1. Cümlə - "Mən sənsiz yaşaya bilmərəm" - Məna - "Sənin mənafeyinə uyğun gəlməsə də, bu münasibət mənim mənafeyimi tamamlayırdı. Bir də sənin kimisini necə tapacağam? Bu, çox çətindir. Həm də ki, tənbəllik edirəm. Gəl, belə davam edək".

Aha, bilirəm. Yazdıqlarımı inkar edənlər tapılacaq. Çünki üstşüur yanaşması hər zaman daha çox super-eqoya meylli və empatiya duyğusuna uyğun şəkildə olur. Alt-şüurumuz isə tamamilə mənafelərimizdən ibarət şahmat taxtasıdır. Burada sizin romantikayla zəngin dünyanız yox, yalnız rasional qərarlarınız həyatınızı dəyişmə gücünə malikdir. Qadınlar kişilərdən fərqli olaraq üstşüurlarını "park etməyi" çətin öyrəndikləri üçün kişi sürücülər xanımları öyrətmək əvəzinə, maşını oğurlayıb qaçanda feminizm yaranır. Bəli, bəli, feminizm. Unutmayın ki, qüsursuz sistemin anti-virusdan ehtiyacı olmur! Anti-virus isə sistemin sevmədiklərini aradan qaldırmaq üçündür.

Yarım-yekun: Həmişə Froydu yerdən-yerə çırpıb qınayırdıq ki, ömrünün sonunadək məlum sualın cavabını tapa bilməyib. Bəs kişilər nəyi istəmir? Bəs, maraqlı deyilmi, dünyanın hökmranlıq dəbini yaratmış alfalar hansı keyfiyyətləri sevmir? Axı qadınların eşqinə aparan yol kişilərin nifrətindən keçir. Elə isə, biz nəyə nifrət edirik? Xəyanət? Məmnuniyyətlə, xatirə dəftəri üçün uyğun sual olduğunu qeyd edərdim.

Daha dərin köklər atmış araşdırma subyektini bir neçə dahinin fikriylə ört-basdır etmək olmaz. Aforizmlər əsrini geridə qoyuruq, cənablar. İndi, xanımlara, nə üçün onların arzularını öyrənmək istədiyimizi etiraf etməyin zamanıdır. Allah eləməmiş, virus ərəfələridir, ölüb-eləyərik. Froydun ümidinə qalsaq, bizdən cənazədən savayı, bir şey çıxmaz, vallah!

# 5541 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər