Professional Kinorejissorlar Gildiyasına sədr seçildi

Professional Kinorejissorlar Gildiyasına sədr seçildi
29 dekabr 2019
# 16:10

Azərbaycan Professional Kinorejissorlar Gildiyasının 20 illiyinə həsr olunmuş hesabat seçki konfransı keçirilib.

Kulis.az Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) istinadən xəbər verir ki, konfransda görülən işlər müzakirə olunub və idarə heyətinin işi qənaətbəxş sayılıb. Kinorejissor Hüseyn Mehdiyev səs çoxluğu ilə yenidən Kinorejissorlar Gildiyasının sədri seçilib.

Azərbaycanı Professional Kinorejissorlar Gildiyasının fəaliyyəti dövründə ilk dəfə olaraq məhz bu konfransda Gildiyanın sədrinin müavinləri seçilib.

1-ci müavin, əməkdar incəsənət xadimi Rafiq Quliyev, 2-ci müavinlər Mirsadıq Ağazadə və Elçin Musaoğlu olub.

Qeyd edək ki, konfrans iştirakçıları son illər Azərbaycan klassik filmlərinin rəqəmsal bərpası haqqında da fikir mübadiləsi aparıblar. Bu təşəbbüslər müsbət qiymətləndirilsə də, filmlərin rəng həllinə, səs həllinə olan müdaxilə yolverilməz sayılıb və müəllif hüquqlarının pozulması kimi qiymətləndirilib.

O da qeyd olunub ki, bütün hallarda bu filmlər “Azərbaycanfilm”in nəzarətində peşəkar komissiya tərəfindən qəbul edilməlidir.

Gallery

# 3283 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər