Prezidentin köməkçisi ziyalı və ictimai xadimlərlə görüşdü - Foto

Prezidentin köməkçisi ziyalı və ictimai xadimlərlə görüşdü - Foto
21 iyul 2020
# 22:19

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Heydər Əliyev Mərkəzində bir sıra ictimai xadim və ziyalılarla görüşüb.

APA-nın məlumatına görə, görüşdə koronavirus pandemiyası ilə mübarizə istiqamətində ölkəmizdə görülən işlər və bundan sonra atılacaq addımlar, eyni zamanda son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətinə baş vermiş hadisələr və digər məsələlər ətrafında müzakirələr olub. Azərbaycan Prezidentinin köməkçisi ötən dövr ərzində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tövsiyə və tapşırıqlarına uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahda aparılmış müzakirələr və görülən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, atılan məqsədyönlü və ardıcıl addımlar nəticəsində yoluxmaların sayının azalmasına nail olunub. Xarici ölkələrdən cəlb olunan mütəxəssislər virusa yoluxmuş xəstələrin müalicəsində azərbaycanlı həmkarlarına böyük dəstək göstərirlər və artıq müsbət nəticələr əldə etmək mümkün olur. Anar Ələkbərov görülən işlərdə dövlətin çağırışlarına dərhal cavab verən, dəstək göstərən özəl sektorun rolunu da xüsusi qeyd edib. Bildirib ki, xarici mütəxəssislər də ölkəmizdə bu işin daha yaxşı və düzgün aparıldığını dəfələrlə vurğulayıblar. Bütün bunlar ölkəmizin tezliklə bu ciddi problemin öhdəsindən gələcəyini deməyə əsas verir. Bunun üçün daha həmrəy olmalı və vətəndaş kimi məsuliyyətimizi artırmalıyıq. Xüsusi karantin rejimində proseslərin mərhələli şəkildə yumşaldılmasından danışan Anar Ələkbərov addımların düşünülmüş şəkildə atıldığını, hazırkı dövrdə pandemiyanın yenidən sürətlə yayılması təhlükəsinin aradan qaldırılması üçün vətəndaşların dövlətlə həmrəylik nümayiş etdirməsinin və medianın, ictimaiyyət nümayəndələrinin bu sahədə təbliğatla bağlı dəstəyinin vacibliyini vurğulayıb.

Görüşdə eyni zamanda son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş hadisələr müzakirə olunub və işğalçı Ermənistanın növbəti təxribatının fonunda insanların yüksək vətənpərvərlik və mübarizlik əhval-ruhiyyəsi nümayiş etdirdiyi bildirilib. Qeyd olunub ki, həmrəylik təkcə Azərbaycan daxilində deyil, dünyanın müxtəlif ölkələrində yaşanır. Müxtəlif dövlətlərdə yaşayan azərbaycanlılar Azərbaycanın haqq səsini çatdırmaq üçün birləşiblər. Amma bununla yanaşı sosial şəbəkələrdə insanlara qorxu, panika hissini aşılamağa çalışanlar da var. Belə xoşagəlməz halların qarşısını almaq üçün isə imkanlarımızı səfərbər etməliyik. Bu istiqamətdə ictimai həyatda fəal olan şəxslərin fikirlərinin, təkliflərinin əhəmiyyətli olduğu bildirilib.

Görüşdə çıxış edən yazıcılar, şəhidlərin ailə üzvləri, jurnalistlər, millət vəkilləri, hüquqşunaslar və incəsənət xadimləri belə bir formatda görüşün təşkilinə görə minnətdarlıq ediblər. İctimai xadimlər pandemiya dövründə vətəndaşları narahat edən məsələlərə toxunub, öz fikirlərini və təkliflərini bildiriblər.

Çıxış edənlər sosial mediada aparılan təxribatlardan danışıblar və Azərbaycanın müharibə şəraitində olan bir dövlət kimi bunun qarşısını almaq üçün effektiv mexanizmlər tətbiq etməli olduğunu vurğulayıblar. Görüşdə ictimai xadimlərin suallarını cavablandıran Azərbaycan Prezidentinin köməkçisi səslənən fikirlərin əhəmiyyətini qeyd edib və təkliflərin nəzərə alınacağını bildirib.

# 3736 dəfə oxunub

Oxşar xəbərlər

Gənc aktrisa vəfat etdi

Gənc aktrisa vəfat etdi

17:14 17 noyabr 2026
Klimtin əsəri hərraca çıxarılır - 80 milyon dollara

Klimtin əsəri hərraca çıxarılır - 80 milyon dollara

16:39 17 noyabr 2026
"İndiki övladlar valideynlərinə bankomat kimi baxırlar" - Seyran Səxavətlə müsahibə

"İndiki övladlar valideynlərinə bankomat kimi baxırlar" - Seyran Səxavətlə müsahibə

16:22 17 noyabr 2026
Conni Depp  şəxsi həyatı və gələcək planları haqqında danışdı

Conni Depp şəxsi həyatı və gələcək planları haqqında danışdı

16:04 17 noyabr 2026
"Yalanların əksəriyyəti ona görə baş tutur ki..." - Tanınmış psixoanalitikin yalanla bağlı fikirləri

"Yalanların əksəriyyəti ona görə baş tutur ki..." - Tanınmış psixoanalitikin yalanla bağlı fikirləri

15:49 17 noyabr 2026
Pakistan mətbuatı Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanından yazır

Pakistan mətbuatı Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanından yazır

15:24 17 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər