Polad Bülbüloğlu ilə görüş keçirildi - Fotolar

Polad Bülbüloğlu ilə görüş keçirildi - Fotolar
8 fevral 2020
# 17:45

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı Qara Qarayevin Ev Muzeyində görkəmli bəstəkar, müğənni və ictimai xadim, Xalq artisti Polad Bülbüloğlu ilə görüş keçirilib.

APA-nın məlumatına görə, görüşdə bəstəkarın sənət yoldaşları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və Qara Qarayevin Ev Muzeyinin filial müdiri Züleyxa Bağırova-Qarayeva çıxış edərək qonaqları salamlayıb, yubilyar haqqında xoş sözlərini bildiriblər.

Sonra P. Bülbüloğlu çıxış edərək hər dəfə Bakıya gələndə Qara Qarayevin Ev Muzeyini ziyarət etmək istəsə də işlərinin çoxluğundan bu istəyinin baş tutmadığını bildirib: "Hər dəfə partutura yazdıqda Qara müəllimin obrazı gözlərimin önündə canlanır, onun səsini eşidirəm. Mən onun sinfində təhsil almışam, ilk illər bizim aramızda yalnız müəllim-tələbə əlaqəsi olsa da sonradan bu münasibətlər daha da dərinləşdi".

P.Bülbüloğlu qeyd edib ki, konservatoriyada oxuduğu müddətdə Q.Qarayev mahnılarını bəyənməsə də imtahan günü tövsiyyələr verib: ""Ayrılıq" mahnısını yazanda qulaq asdıqdan sonra təəccübünü gizlətmədi, uğurlu kompozisiya olduğunu söylədi. Bu mahnı sonradan məni populyar elədi".

"Qara Qarayevin yaradıcılığı əsrlər keçdikcə yaşayacaq, daim diri qalacaq. Biz ondan həm insan, həm də bəstəkar kimi çox şey öyrənmişik. Düzdür, mən onun digər evinə çox gəlib-getmişəm. Lakin bu gün burada, Qara Qarayevin ocağında olmaq mənim üçün çox xoşdur", - deyə P.Bülbüloğlu vurğulayıb.

Görüşün bədii hissasində Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ulviyyə Hacıbəyova, Beynəlxalq Müsabiqə laureatları Fəxri Kazım Nicat, Azərbaycan Dövlət Akademik Opera va Balet Teatrının solisti Taleh Yəhyayev, Mahir Tağızadə və F.Əmirov adına onbirillik İncəsənət Məktəbinin şagirdi Rafiz İbrahimovun ifalarında Polad Bülbüloğlunun əsərlərindən ibarət konsert proqramı təqdim olunub.

Görüş zamanı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyaları əsasında hazırlanmış Polad Bülbüloğlunun həyat va yaradıcılığını əks etdirən slayd-şou nümayiş etdirilib.

Görüşün sonunda qonaqlar muzeylə tanış olublar.

# 3429 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış repçi "İlin qlobal qadını" mükafatına  layiq görüldü

Tanınmış repçi "İlin qlobal qadını" mükafatına layiq görüldü

15:12 25 noyabr 2026
Devid Villiams qalmaqalı böyüyür – Nəşriyyat ört-basdır ittihamı ilə üz-üzədir

Devid Villiams qalmaqalı böyüyür – Nəşriyyat ört-basdır ittihamı ilə üz-üzədir

14:17 25 noyabr 2026
Məşhur plartforma süni intellektlə hazırlanan mahnıları kataloqdan çıxardı

Məşhur plartforma süni intellektlə hazırlanan mahnıları kataloqdan çıxardı

13:46 25 noyabr 2026
“Macquarie” lüğəti ilin sözünü seçdi - “Pervert glasses” nə deməkdir?

“Macquarie” lüğəti ilin sözünü seçdi - “Pervert glasses” nə deməkdir?

13:14 25 noyabr 2026
Varoluş - Yeni hekayə

Varoluş - Yeni hekayə

12:27 25 noyabr 2026
Efiopiyaya 5 əsrlik dini əmanətlər qaytarıldı

Efiopiyaya 5 əsrlik dini əmanətlər qaytarıldı

12:03 25 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər