Özbək şair qarabağlı qızdan poema yazdı

Özbək şair qarabağlı qızdan poema yazdı
21 oktyabr 2020
# 12:41

Tanınmış özbək şairi, Özbəkistanın populyar “Kitab dünyası” ədəbiyyat-mədəniyyət qəzetinin baş redaktoru Xasiyyət Rüstəmin Azərbaycan həqiqətlərindən bəhs edən “Adı Lalə idi o qızın” adlı poeması çapdan çıxıb.

Kulis.az xəbər verir ki, əsəri özbəkcədən gənc özbək yazarı Rəhmət Babacan, şair-publisist Əkbər Qoşalı və şair Elşən Əzim uyğunlaşdırıb. Dünya Gənc Türk Yazarlar Birliyi və “Zirvə” Tədris Mərkəzinin ortaq nəşri olan kitabın məsləhətçiləri Milli Məclisin deputatları Qənirə Paşayeva və Məşhur Məmmədovdur.

Şeirləri dünyanın bir çox dillərinə çevirilmiş Xasiyyət Rüstəmin Azərbaycanda işıq üzü görən ikinci kitabının rəyçiləri Milli Məclisin deputatı Cavanşir Feyziyev, Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və “Zirvə” Tədris Mərkəzinin direktoru Rahib İbrahimovdur.

Qeyd edək ki, kitabın “Ön söz” və “Təqdim” yazılarını Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva ilə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov yazıb.

Kitabın redaktorları Əkbər Qoşalı və İntiqam Yaşardır.

“Adı Lalə idi o qızın” əsərində birinci Qarabağ savaşı zamanı öz ata-baba yurdundan didərgin düşən Lalənin acı həyat hekayəsindən, ailəsinin yaşamış olduğu ağrı-acılardan, bu ağrı acıların onun uşaq yaddaşında buraxdığı dərin izlərdən və son zamanlarda Ermənistanın Azərbaycana qarşı apardığı növbəti işğalçılıq siyasətindən bəhs edilir. Təsadüfi deyil ki, poema, Tovuza düşmən hücumlarının başlandığı 12 iyuldan etibarən yazılıb və 16 iyulda tamamlanıb.

Onu da əlavə edək ki, kitabın Azərbaycanın və Özbəkistanın bir çox elm-mədəniyyət qurumlarına paylanılaraq geniş oxucu kütlələrinə çatdırılması planlanıb. Bundan əlavə kitabın yaxın günlərdə “virtual təqdimat”ı da nəzərdə tutulub./azertag.az/

Gallery

# 4080 dəfə oxunub

Oxşar xəbərlər

Cadugərliyin faciələrlə dolu  tarixi... - 300 il ərzində əlli min qadın niyə yandırılmışdı?

Cadugərliyin faciələrlə dolu tarixi... - 300 il ərzində əlli min qadın niyə yandırılmışdı?

14:00 22 noyabr 2026
Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

10:00 22 noyabr 2026
Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

15:26 21 noyabr 2026
Azərbaycan dünyanın ən böyük nağıl festivalında

Azərbaycan dünyanın ən böyük nağıl festivalında

15:10 21 noyabr 2026
"Ulduz"un  Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

"Ulduz"un Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

12:41 21 noyabr 2026
"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

12:30 21 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər