Ölkədə cərimələmə yarışı gedir – Aqil Abbas yazır... 

Ölkədə cərimələmə yarışı gedir – Aqil Abbas yazır... 
16 fevral 2021
# 10:20

Kulis.az yazıçı, millət vəkili Aqil Abbasın “Sosializm yarışı başladı” yazısını təqdim edir.

Keçmişdə sosializm yarışı deyilən bir anlam vardı. Özü də bu yarış bütün sahələri əhatə edirdi, xüsusilə də kənd təsərrüfatı və sənaye müəssisələri arasında.

Rayonda kolxozlararası, respublikada rayonlararası, ittifaqda da respublikalararası. Yarışın qalibləri də həm keçici Qırmızı Bayraqla, həm də hədiyyələr və pulla mükafatlandırılırdı. Yarışlarda daha böyük nailiyyətlər qazanmış fərdi şəxslərə də avtomobil bağışlanırdı.

İctimaiyyət də bu yarışı maraqla izləyirdi. Və həm də Məhsul bayramları keçirilərdi.

İndi belə yarışlar nə rayonlar üzrə keçirilir, nə də respublika üzrə. İttifaq da ki day yoxdu.

Amma biz yarışmağa öyrənmişik. İndi ölkədə başqa bir yarış geniş vüsət alıb. Bu da «Kim daha çox cərimə elətdirər» yarışıdı. Müxtəlif nazirliklər, müxtəlif komitələr, müxtəlif təşkilatlar… Cərimə eləyən təşkilatların sayı cərimə olunanlardan çoxdu.

El dilində desək, dəllək müştəridən çoxdu.

Qurban olduğumuz hökumət də elə yüksək cərimələr tətbiq edir ki!

Məsələn, maska taxmamağa görə 200 manat. Ölkədə də minimum əmək haqqı 250 manatdı. Bu cəriməni tətbiq edənlər deyə bilər ki, canı çıxsın, maskasını taxsın. Amma onu da fikirləşmirlər ki, bəzi insanlar var ki, onlar maskanı taxanda canı çıxır, yəni müəyyən xəstəlikləri var, havaları çatmır. Məcbur olur maskasını bir balaca aşağı endirir. Vəssalam ey, 200 manat. Canın çıxsın, tap ver.

Gecə saat 12-dən sonra kafe və restoranlar işləməməlidir. Çox gözəl. Amma bəzən müştəri bir beş-on dəqiqə gecikir. Həmin obyektin sahibinin də qanı getdi, müştərinin də yeyib-içdiyi burnundan tökülür. Deməli, virus gecə saat 12-dək yatır, bir dəqiqə keçən kimi hücuma keçir?!

Komediyadı ey, başdan-ayağa. Avtobusda ağız-ağıza getmək olar, metroda yox. 40 kv.metrlik avtobusda 60 adam ağız-ağıza gedə bilər, amma 2000 kv.metrilk bir şadlıq sarayında 50 adam bir yerdə çörək yeyə bilməz.

40 kv.metrlik avtobusda 60 adam ağız-ağıza gedə bilər, amma 35 minlik stadionda 300 adam müxtəlif sektorlarda bir-birilərindən 50 metr aralı oturub futbola baxa bilməz.

Nöşün? Nöşün ki, Ümumdünya Səhiyyə Təşkilatı və onun Azərbaycandakı filialı Operativ Qərargah belə istəyir.

Gözəllik salonunda müştəri maskasızdı, cərimələ!

Hamamlar fəaliyyət göstərə bilməz. Belə getsə, Bakı şəhər əhalisinin yarısı pandemiyadan sonra kirə çıxacaq. Hamının evində ki hamam yoxdu? İbtidai icma quruluşundakı kimi gərək çəlləkdə çiməsən.

Keçmişdə bir “oboxeyis” vardı, indi maşallah, on-on beş “oboxeyis” var.

Bəli, nazirliklər, komitələr və müxtəlif təşkilatlar arasında Cərimə yarışı gedir. Görək, bu sosializm yarışının qalibi axırda kim olacaq?

Mövzuya qayıdacağıq.

"Ədalət" qəzeti

# 4106 dəfə oxunub

Oxşar xəbərlər

AYB:  "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

AYB: "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

15:40 8 oktyabr 2026
Bu gün Nobel mükafatına layiq görülən Enn Karson kimdir?

Bu gün Nobel mükafatına layiq görülən Enn Karson kimdir?

15:24 8 oktyabr 2026
Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlandı

Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlandı

15:02 8 oktyabr 2026
Dərdin hüceyrə yaddaşı və şəfalanma fəlsəfəsi – Bədənin səninlə  necə  danışır?

Dərdin hüceyrə yaddaşı və şəfalanma fəlsəfəsi – Bədənin səninlə necə danışır?

15:00 8 oktyabr 2026
Avropa Parlament binasında Trampın çılpaq heykəli qoyuldu

Avropa Parlament binasında Trampın çılpaq heykəli qoyuldu

14:30 8 oktyabr 2026
Aydın Əzim:  "Qara Qarayev Amerikadan gələndə onu  Polad Bülbüloğlu ilə tapançayla qarşıladıq" - Müsahibə

Aydın Əzim: "Qara Qarayev Amerikadan gələndə onu Polad Bülbüloğlu ilə tapançayla qarşıladıq" - Müsahibə

14:00 8 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər