Nobel mükafatçısı yeni romanının anonsunu verdi

Nobel mükafatçısı yeni romanının anonsunu verdi
30 iyul 2020
# 11:33

Məşhur yapon əsilli ingilis romanisti Kadzuo İsiquro özünün Nobel qələbəsindən sonra növbəti romanının anonsunu verib.

Kulis.az xəbər verir ki, bu barədə “The Guardian” da məlumat verilib. Müəllifin söylədiyinə görə İsveç Akademiyasının ona təqdim etdiyi Nobel mükafatından sonra “Klara və Günəş” onun qələmə aldığı ilk romandır. Romanda təsvir olunan Klara sünii yaradılışdır və o, özünə insan sahibi axtarır. Britaniyanın “Faber” nəşriyyatı romanın gələn ilin martında işıq üzü görəcəyini söyləyib. Redaksiya rəhbəri romanın uğurlu olacağını vurğulayıb.

Qeyd edək ki, İsiquronun 2015-ci ildə işıq üzü görən “Dəfn edilmiş nəhəng” romanı da yarımifik roman idi. 2005-ci ildə “Məni heç vaxt buraxma” romanı isə elmi-fantastik mövzunu əhatə edirdi. Və bu roman Buker mükafatının qısa siyahısında yer almışdır. /ədəbiyyatqəzeti.az/

# 3570 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər