Nizamiyə həsr olunmuş müsabiqə keçirilib

Nizamiyə həsr olunmuş müsabiqə keçirilib
23 aprel 2021
# 13:30

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən elan olunmuş “Mütaliə aylığı” çərçivəsində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində məktəblilər arasında Nizami Gəncəvinin əsərlərinə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib.

Muxtar respublikanın Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazirlik və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə ilk dəfə keçirilən müsabiqədə muxtar respublika ümumtəhsil məktəblərinin şagirdləri və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin sektor müdiri Murad Babayev bildirib ki, bu il “Mütaliə aylığı” çərçivəsində təşkil edilən tədbirlərin sırasında Nizami Gəncəvinin həyat və yaradıcılığının öyrənilməsi, əsərlərinin təhlili və şagirdlər tərəfindən poemalarının səhnələşdirilməsi çoxluq təşkil edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan Sərəncamla qüdrətli söz və fikir ustadı, insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub. Bu münasibətlə Təhsil Nazirliyi tərəfindən muxtar respublika ümumtəhsil məktəblərində Nizami Gəncəvi ədəbi irsinin dərindən öyrənilməsinə və şagirdlər arasında təbliğinə geniş yer verilir.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru, şair Elxan Yurdoğlu bildirib ki, qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir. Söz ustadı öz ənənələri ilə seçilən ədəbi məktəbini yaradıb. Nizami Gəncəvinin dünyanın ən zəngin kitabxanalarını bəzəyən əsərləri Şərqdə incəsənətin, xüsusən də miniatür sənətinin inkişafına təkan verib.

Sonra şagirdlər Nizami Gəncəvinin mütaliə etdikləri əsərlərini bədii qiraət ediblər. Müsabiqənin şərtlərinə uyğun olaraq təqdimatlar münsiflər heyətinin üzvləri tərəfindən qiymətləndirilib. Beləliklə, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvü Uğur Məmmədli “Yetirdi” qəzəli ilə I yerə, Naxçıvan Qarnizonu tam orta məktəbinin IX sinif şagirdi Ayla Allahverdiyeva “Sənsiz” qəzəli ilə II yerə, Ordubad rayon Üstüpü kənd tam orta məktəbinin IX sinif şagirdi Nail Fərzəliyev “Sirlər xəzinəsi” poemasından qəzəl ilə III yerə, Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin şagirdi İnci Babayeva isə “Sənsiz” qəzəli ilə həvəsləndirici yerə layiq görülüb. /azertag.az/

# 3436 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

18:00 21 oktyabr 2026
“Azıx-Tağlar Arxeoloji Parkı”  Dövlət Qoruğu yaradıldı

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

17:31 21 oktyabr 2026
Məşhur Hollivud aktyoru vəfat etdi

Məşhur Hollivud aktyoru vəfat etdi

17:30 21 oktyabr 2026
Xalq artisti Ramiz Mustafayevin  100 illik yubileyi qeyd olundu

Xalq artisti Ramiz Mustafayevin 100 illik yubileyi qeyd olundu

16:47 21 oktyabr 2026
Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi  quruluş ildönümünü qeyd edir

Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi quruluş ildönümünü qeyd edir

16:30 21 oktyabr 2026
Tessa Hedlinin yeni kitabı nədən bəhs edir?

Tessa Hedlinin yeni kitabı nədən bəhs edir?

15:30 21 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər