Nazirlik Zəngilanda dağılan məscidlə bağlı bəyanat yaydı

Nazirlik Zəngilanda dağılan məscidlə bağlı bəyanat yaydı
23 oktyabr 2020
# 18:15

Mədəniyyət Nazirliyi Zəngilanda məscidin ermənilər tərəfindən təhqir olunması ilə bağlı bəyanat yayıb.

Nazirlikdən APA-ya daxil olan bəyanatda deyilir:

"30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin zəbt etdiyi Azərbaycan Respublikasının tarixi ərazisi - Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı rayonlar bu günlər müzəffər Azərbaycan Ordusu tərəfindən qarış-qarış işğaldan azad edilir.

Silahlı Qüvvələrimizin şəxsi heyətinin şücaəti nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan rayon mərkəzləri, habelə bu rayonların, eləcə də Xocavənd, Tərtər rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad olunmuşdur. Azad olunan ərazilərimizdə yerləşən tarix-mədəniyyət abidələri də düşmən tapdağından xilas edilib.

Bununla bərabər təəssüf hissi ilə qeyd olunmalıdır ki, illərlə davam etmiş bu işğal zamanı Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan xalqına məxsus daşınmaz tarix və mədəniyyət abidələri dağıdılmış, mənimsənilmiş, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq vandalizmə məruz qalıb. Erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri İslam dini abidələri – məscidlər, türbələr və digər inanc yerləri olub. Ermənilər məscidlərin içərisində ev heyvanları saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdiriblər. İşğal olunmuş ərazilərdə yerləşən mədəni irsə, o cümlədən xüsusi əhəmiyyətə malik unikal abidələrə bu cür barbarcasına münasibət dünya irsinə qarşı yönəlmiş təhdiddir”.

Bəyanatda qeyd olunur ki, azad olunmuş ərazilərdə yerləşən abidələrin bir çoxu, gözlənildiyi kimi, acınacaqlı vəziyyətdədir: “Zəngilan rayonunda yerləşən, daşınmaz tarix-mədəniyyət abidəsi kimi dövlət qeydiyyatında olan tarixi məscid binasından donuzların saxlanıldığı yer kimi istifadə olunması erməni vandalizminin daha bir bariz nümunəsidir və bu fakt təkcə Azərbaycanın deyil, ümumilikdə dünyanın mədəni irsinə barbar münasibət kimi beynəlxalq təşkilatların, tərəqqipərvər dünya birliyinin kəskin qınağına səbəb olmalıdır. Bu hal Ermənistan Respublikasının digər dinlərə münasibətini və həqiqi simasını əks etdirir.

Müsəlmanların ibadət yeri olan məsciddə heyvanların saxlanılması Ermənistan Respublikasının bəşəri dəyərlərə olan mənfi münasibəti ilə yanaşı, xalqımızın, bütövlükdə müsəlman dünyasının dini dəyərlərinə hörmətsizlikdir və bu beynəlxalq səviyyədə hüquqi qiymətini almalıdır. Sivil dünya dövlətlərini və xalqlarını Ermənistan Respublikasının bəşəri dəyərlərə qarşı bu cür mənfur əməllərini pisləməyə çağırırıq.

Xüsusilə diqqətə çatdırırıq ki, 1954-cü ildə Haaqada qəbul edilmiş "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya"ya əsasən, işğalçı dövlət mədəni sərvətlərin dağılmasına, talan edilməsinə, qeyri-qanuni mənimsənilməsi hərəkətlərinə yol verməməli, bu sərvətlərə qarşı yönəlmiş düşmənçilik hərəkətlərindən çəkinməlidir".

# 3170 dəfə oxunub

Oxşar xəbərlər

Çingiz Abdullayev:  "Roma Papası Fransiskə məktubumda yazmışdım ki..." - Müsahibə

Çingiz Abdullayev: "Roma Papası Fransiskə məktubumda yazmışdım ki..." - Müsahibə

10:00 27 iyul 2026
Mirzə Fətəli Axundzadənin Osmanlıya təqdim etdiyi əlifba layihəsi niyə rədd edildi? - ARXİV

Mirzə Fətəli Axundzadənin Osmanlıya təqdim etdiyi əlifba layihəsi niyə rədd edildi? - ARXİV

14:00 26 iyul 2026
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu

Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu

13:45 26 iyul 2026
Heyvan haqları, gender məsələsi və ekoloji canıyananlıq – Ömər Xəyyam

Heyvan haqları, gender məsələsi və ekoloji canıyananlıq – Ömər Xəyyam

10:14 26 iyul 2026
Məşhurların Haluk Leventin dərnəyinə bağışladığı məbləğlər açıqlandı

Məşhurların Haluk Leventin dərnəyinə bağışladığı məbləğlər açıqlandı

14:30 25 iyul 2026
"Xalqın oxumadığı, əzbərləmədiyi şeir, şeir deyil" - Mirzə Ələkbər Sabirin son müsahibəsi

"Xalqın oxumadığı, əzbərləmədiyi şeir, şeir deyil" - Mirzə Ələkbər Sabirin son müsahibəsi

14:00 25 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər