Müasir İncəsənət Muzeyində  sərgi açılacaq

Müasir İncəsənət Muzeyində  sərgi açılacaq
18 iyun 2021
# 16:40

İyunun 22-də Bakı Müasir İncəsənət Muzeyində Əməkdar incəsənət xadimi Sabina Şıxlinskayanın “Yaxından” adlı sərgisi açılacaq.

“Yaxından” layihəsi müasir incəsənətin multimedia sərgisidir. Layihənin mövzusu neft sənayesini və bu sahədə çalışan neftçilərin həyatlarını “qəhrəmanlıq” aspektindən təsvir edir. Layihəyə monumental rəsm əsərləri, video və səsli instalyasiyalar daxildir. Müəllif bu mövzunun nəzərəçarpacaq dərəcədə mənalı olması üçün sərginin xüsusi dizaynını hazırlayır.

Layihənin maliyyə dəstəyi İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinə aiddir və bu layihə Bakıdakı Höte Mərkəzi, Latviya Respublikasının səfirliyi, İsveç Krallığının səfirliyi və Platform ART təşkilatının birgə əməkdaşlığı ilə həyata keçirilir.

XIX əsrin sonlarından bəri neft müasir cəmiyyətlərin əsas tərkib hissəsinə çevrilmişdir. Quruda, suda və havada hərəkəti benzin, dizel və kerosin olmadan təsəvvür etmək ağlasığmaz olardı. Neft müasir həyatımızı xarakterizə edən geniş çeşidli materiallar və məhsulların əsasını təşkil edir. Neft yalnız maşınları bəsləmir, eyni zamanda fantaziyalar da yaradır. Elmi və texniki, eləcə də metafizik və ruhi ideyalar və ümidlər bu gözqamaşdıran maddə ilə - həyatımızın qara güzgüsü ilə əlaqələndirilir.

“Neft” maddəsinin dəyərinin müxtəlifliyini daha yaxşı başa düşmək üçün, Şıxlinskaya neft sənayesində əsas fikri “insan faktoru”na yönəltməyi qərara alıb. Neft sənayesindəki peşə təhlükəli və nüfuzlu olmaqda davam edir və onun əhatə dairəsi genişlənir. Texnologiya böyüyür, risklər 100 il bundan əvvəlki neft sənayesini indiki ilə müqayisə etdikdə daha çox idarə oluna biləndir. Lakin dənizdə çalışan neftçilərin həyatları hələ də riskli və təhlükəlidir və həyatlarını bəşəriyyət üçün bu mühüm təbii xammalın inkişafı və istehsalı üçün fədakarlıq göstərən insanlara bir nümunədir.

# 3001 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktrisadan Qəzza paylaşımı

Məşhur aktrisadan Qəzza paylaşımı

18:00 6 oktyabr 2026
Ekran uyğunlaşdırmaları kitab satışlarını artırdı

Ekran uyğunlaşdırmaları kitab satışlarını artırdı

17:30 6 oktyabr 2026
Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində

Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində

16:30 6 oktyabr 2026
"44" bədii filminin yeni tizeri yayımlandı

"44" bədii filminin yeni tizeri yayımlandı

16:24 6 oktyabr 2026
Tanınmış bəstəkar vəfat etdi

Tanınmış bəstəkar vəfat etdi

14:30 6 oktyabr 2026
Xalq artisti xəstəxanaya yerləşdirildi

Xalq artisti xəstəxanaya yerləşdirildi

14:27 6 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər